“Sosial yardım insanları ələbaxım öyrədir” Komitə sədri
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ünvanlı sosial yardım layihəsi dünyanın heç bir yerində ömürlük mərhələ deyil.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu, keçid layihədir: "Milyonlarla vətəndaşımız neçə illər bu layihədən bəhrələndi. Bu layihənin ən təhlükəli bir cəhəti insanların əməkdən aralanması və ələbaxım öyrənməsidir".
O qeyd edib ki, əlillik dərəcəsi sırf həkim ekspertlərin qiymətləndirdiyi məsələdir:
"Bunun nə qədər çətin və məsuliyyətli iş olduğunu bilirəm. Bu gün o sahədən başı çıxmayan, ümumiyyətlə xəbəri olmayan, həkimlik təhsili almayan adam deyir ki, kiməsə ömürlük əlillik vermək lazımdır və s. Bu qeyri-peşəkar yanaşmadır. Veteranlarla bağlı bilən də, bilməyən də danışdı. Bu bir müavinət, pensiya, sosial yardım növü deyil. Bu Prezidentin təsis etdiyi təqaüddür. Prezident təqaüdünün Milli Məclisdə və digər aidiyyəti orqanlarda müzakirə olunması siyasi etikaya uyğun məsələ deyil", - deyə komitə sədri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















