Komitə sədri: Mənzil təminatı sadəcə sosial məsələ deyil
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mənzil təminatı sadəcə sosial məsələ deyil. Bu problem tək faktorla ortaya çıxmır”.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, çətinliklərin miqyası və mürəkkəbliyinə görə müəyyən yollar tapılmalıdır: “Daha sürətli şəkildə şəhərsalma planlaşması və miqrasiya baş verir. Qeyri-rəsmi məskunlaşmanın həcmi genişlənir. Çoxtərəfli əməkdaşlıq bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionların təcrübələri də bunu göstərir. İdarəetmə təkmilləşdirilməli, inkişaf bankları, özəl sektor, QHT-lər bura cəlb edilməlidir. Maliyyələşmə bu sahədə ən ciddi problemlərdən biridir. İnnovativ maliyyələşmə mexanizmləri vacibdir. Dayanıqlı mənzil təminatı üçün inteqrasiyalı plan lazımdır. Həyat səviyyəsinin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bunun ən yaxşı nümunəsini azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərimdə görə bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 May 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















