Sosial yardım və təqaüd düzəldən xeyirxah dələduz tutuldu VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Azərbaycanda bir neçə nəfərə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb.
Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub. E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir.
E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 28 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















