Icma.az
close
up
RU
Pensiya, sosial yardım, təqaüd alanların diqqətinə!

Pensiya, sosial yardım, təqaüd alanların diqqətinə!

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət, təqaüd və kompensasiya alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə endirimlərdən faydalanma fürsəti yaradılıb. Yeri gəlmişkən, yaxın günlərdə Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların pensiyalarının ödənişinə başlanılacaq. Siz pensiyanızı bankomatdan çıxarmadan və ya başqa karta atmadan, yəni pulu sosial ödəniş kartında saxlayaraq endirim təklif edən mağaza, market və apteklərdə alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, bu fürsətlərdən faydalana bilərsiniz. Unutmayaq ki, endirim yalnız hesab nağdsız qaydada, yəni sosial ödəniş kartı ilə ödəndikdə tətbiq olunur. 

Çoxsaylı endirimlər təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.

“Bazarstore” və “Almarket” sosial ödəniş alan şəxslərə alış-veriş zamanı endirimlər təklif edir. Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən bu marketlərdən bazarlıq edib ödənişi pensiya, sosial yardım, müavinət və ya təqaüd aldığınız kartla, yəni nağdsız qaydada etsəniz, sizə yerindəcə endirim tətbiq olunacaq.  

Bakıda və regionlarda məişət avadanlıqları və elektrotexnika məhsullarının satışını reallaşdıran “Baku Elektronics” bütün məhsullarını sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif edir. Bu mağazalarda alış-veriş zamanı hesabı sosial ödəniş kartı ilə, yəni nağdsız qaydada ödədikdə avtomatik olaraq endirim tətbiq edilir.

Bakı, Sumqayıt və Gəncə şəhərlərində ayaqqabı, çanta, idman geyimləri almaq istəyən şəxslər yollarını “FLO” mağazalarından salsınlar. Çünki bu mağazalarda sosial ödəniş alanlara endirimlər var. Bunun üçün sosial ödəniş kartınızla, yəni nağdsız qaydada ödəniş edib endirimlərdən yararlana bilərsiniz.

Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən “Özsüt” restoranlar şəbəkəsində də bu kateqoriyadan olan şəxslərə endirimlər var. Müxtəlif dadlı şirniyyatlar və ləziz təamlar ilə müştərilərə xidmət göstərən bu restorana gələn sosial ödəniş alan hər kəsə endirim tətbiq olunur. Bunun üçün hesabı mütləq sosial ödəniş kartı ilə, yəni nağdsız qaydada etməlisiniz. 

Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alan şəxslər dərmana ehtiyac yarandıqda Bakıda fəaliyyət göstərən “AVİS” apteklər şəbəkəsi və “Həyat Aptek”i seçə bilərlər. Çünki bu apteklər də sosial ödəniş alan şəxslərə endirimlər təklif edir.  

Endirimlərdən faydalanmaq üçün alış-veriş zamanı ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya aldığınız kartla nağdsız qaydada edilməlidir.  

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 950 mindən çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.  

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri