Icma.az
close
up
RU
Sosioloq: “1500 manata sürücülük vəsiqəsi alan kişilər qadınlara rişxənd edirlər”

Sosioloq: “1500 manata sürücülük vəsiqəsi alan kişilər qadınlara rişxənd edirlər”

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qadınların özlərinin hansısa mövzuda ekspert olmağa marağı var. Sadəcə cəmiyyət onlara aktiv olmaq üçün icazə vermir. Kifayət qədər aktiv həkim, vəkil xanımlarımız var. Təhsil sahəsində isə qadın ekspert demək olar ki, yoxdur. Hərbi sahədə isə qadın ekspertin olmaması normaldır. Çünki ölkəmizdə qadınlar hərbi xidmət etmir. Ona görə də hərbi məsələyə qadınlar kişilər qədər hakim deyillər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
“Elə sahələr var ki, qadınlar heç də kişilərdən az bilmirlər. Kişilər qadınlar həmin sahədə ekspertlik etdiyi zaman rişxənd edirlər. Biliyinə, zəkasına güvəndiyim kifayət qədər qadın ekspertlər var. 
Məsələn, qadınlar sürücülüklə bağlı hansısa irad bildirdikdə bəzi kişilər onlara kinayə ilə baxırlar. Qadınların sürücülüklə bağlı məsələhət və fikirlərini qəbul edə bilmirlər. Mən özüm də əminliklə deyə bilərəm ki, 15-20 ilin sürücülərindən daha təcrübəliyəm. Çünki oxuyaraq imtahanlarımın ikisindən də ədalətli şəkildə keçmişəm”. 
O bildirib ki, bəzi kişilər 1500 manata sürücülük vəsiqəsi alır, öz zəhməti ilə imtahandan keçən qadına rişxənd edir: 
“Burada böyük təzad var. Bu məqamda cəmiyyətin qınağını nəzərə almaq lazım deyil. Doğrudur, bəzi hallarda cəmiyyətin qınağı bizə kömək edir. Ancaq bəzən çoxluq bir şeyi israrla desə də, həmin sözlərdə həqiqət olmaya bilir. Qadınların bir məsələdə ekspertlik etməsi tamamilə onun biliyinə, zəkasına əsaslanmalıdır. Əgər o bütün bunları bacarırsa, nə üçün həyata keçirməməlidir?
Biz qadınların hərbi məsələlərdə potensialının zəif olmasını qəbul ediriksə, kişilər də bəzi məsələlərdə qadınların daha yaxşı olduğunu qəbul etməlidirlər. Qadınlar cəmiyyət tərəfindən rişxəndlə qarşılaşdıqları üçün ekspertlik etməyə çəkinirlər. Cinsiyyətindən asılı olmayaraq cəmiyyət üçün faydalı olanı deyən şəxsin kimliyində fərq görülməməlidir, yalnız alqışlanmalıdır”. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri