Sosioloq: Dövlət rəmzlərinin yeyinti məhsulları üzərində əks olunması arzuolunan deyil
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bütün milli qəhrəmanlarımız kimi, Hökumə xanım Əliyevanın xatirəsi də hər bir vətəndaşımız üçün əzizdir. Məlumata görə, tortun üzərində qəhrəmanımızın şəkli AZAL tərəfindən sifariş edilməyib.Bunu qəhrəmanın ailəsi öz istəyilə hazırlatdırıb".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, bu, ailənin şəxsi arzusu olduğu üçün müzakirə predmetinə çevrilməsinə ehtiyac yoxdur, şəhidimizin ailəsi belə bir istək göstəribsə, buna hörmətlə yanaşmaq lazımdır.
Sosioloq bildirib ki, dövlət rəmzlərinə münasibətdə məsələ bir qədər fərqlidir:
"Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət rəmzləri - bayraq, gerb, himn toxunulmazdır. Onlara daim hörmətlə yanaşmaq hər bir vətəndaşın konstitusiya borcudur. Bu rəmzlərin istehlak malları, xüsusilə yeyinti məhsulları üzərində əks olunması arzuolunan deyil".
Onun sözlərinə görə, insanlar sevgilərini və hörmətlərini müxtəlif formalarda ifadə edirlər, məsələn, ad günlərində övladlarının şəkillərini torta həkk etdirmək kimi:
"Ancaq dövlət rəmzləri ilə bağlı məsələlərdə daha ciddi və məsuliyyətli olmaq lazımdır. Bu, sadəcə hüquqi öhdəlik deyil, həm də xalqımızın gündəlik həyatında daimi ehtiram göstərməli olduğu milli-mənəvi dəyərdir".
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Rusiyada pulunların üzərində çarların şəklini əks olunması təklif edilir
26 Sentyabr 2025 07:02
Dövlət rəmzlərinin toxunulmazlıq “statusu”
27 Avqust 2025 04:10
Vuçiç: Dövlət etirazçılar üzərində qələbə qazandı
29 İyun 2025 15:50
Sosioloq: “Xarici vətəndaşlarla evlənmək xeyrimizə deyil”
04 Noyabr 2025 16:12
Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib
27 Oktyabr 2025 11:37
Baxış sayı:87
Bu xəbər 12 Avqust 2025 18:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları