Icma.az
close
up
RU
Dost inam və etibar üzərində qurulur SOSİOLOQ DANIŞDI

Dost inam və etibar üzərində qurulur SOSİOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ümumiyyətlə, dostluq münasibətləri emosional və psixoloji xarakter daşıyan münasibətlərdir. Bu münasibətlərdə insanın real xarakteri və şəxsi xüsusiyyətləri əsas rol oynayır. Bəzən insanlar bir-birinə “dost” deyirlər, lakin əslində dostluğun mənasını dərindən dərk etmədən bu ifadəni işlədirlər". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, dostluq münasibətləri qarşılıqlı inam, etibar və səmimiyyət üzərində qurulmalıdır: "Ancaq bu gün baxsaq, insanlar arasındakı bu keyfiyyətlərin hansı səviyyədə olduğunu görmək çətindir. Müasir dövrdə insanlar sosial şəbəkələrdə bir-birinə “dost” desələr də, bu formal xarakter daşıyır. “Filankəsin dostluq təklifini qəbul etdim” və ya “filankəslə dost oldum” kimi ifadələr əsl dostluq münasibətini ifadə etmir.

Əsl dostluq real həyatda qurulan münasibətlərdir. Bu dostluqlar əsasən uşaqlıqdan başlayır, insanlar bir-birini yaxından tanıyır, ailələr arasında da bağlılıq olur. Gərək dostlar bir-birinin xarakterini bilsin, qarşılıqlı anlayış və uyğunluq olsun. Belə münasibətlər uzun illər davam edə bilər — uşaqlıqdan yaşlılığa qədər. Təəssüf ki, bu gün qurulan dostluqlar çox vaxt səthi xarakter daşıyır. Bəzən insanlar yalnız müəyyən məqsədlər üçün dostluq qururlar, məqsəd bitdikdə isə münasibət də sona çatır. Bu isə səmimi dostluq deyil.

Həyat ritmi sürətlə dəyişir, zaman çatışmazlığı insan münasibətlərinə də təsir edir. Hətta “24 saatlıq gün belə bizə yetmir” deyə düşünürük. Bu da dərin münasibətlərin qurulmasına mane olur.

Sonda onu demək istərdim ki, hər kəs dostluq münasibətində səmimi olmalı, qarşısındakına dürüst və anlayışla yanaşmalıdır. Məşhur bir misal var: “Dost dar gündə tanınar.” Bu gün həmin “dar günü” gözləyən dostlar var, yoxsa o gündə dəstək olan dostlar? Bu, artıq şəxsi keyfiyyətlərdən və insanın mədəniyyətindən asılıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri