Icma.az
close
up
RU
Sosioloq: “Rəqəmlər düşdükcə, daha az körpə bu kor döngünün qurbanı olur

Sosioloq: “Rəqəmlər düşdükcə, daha az körpə bu kor döngünün qurbanı olur

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 Yeniyetmə anaların dünyaya gətirdiyi uşaqlar adətən yüksək risk qrupuna daxil olur


Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.

Bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.

Qeyd olunub ki, 2024-cü ildə 1279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1742, 2022-ci ildə isə 2011 nəfər təşkil edib.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirdi ki, yetkinlik yaşına çatmayan analar tərəfindən dünyaya gətirilmiş övlad sayındakı hər bir halda müsbət görüntüdür:


“Rəqəmlər düşürsə, deməli daha az körpə bu kor-döngünün qurbanı olur. Rəqəmlərdəki azalma tendensiyası isə çox güman ki, həm sosial şəbəkələrdə və digər internet resurlarında maarifləndirici məzmunlarla zəngin informasiya axınının artması, həm də ailə planlaşdırması ilə əlaqədar dövlət və QHT-lərin kampaniyaları ilə bağlıdır. Düzdür, bu hələ o demək deyil ki, cəmiyyətdə bu sahədə yetkinləşmə gedib. Aydın məsələdir ki, insanlar yaşadıqları sosial mühitin qaydalarına uyğun davranırlar. Hal-hazırda isə onların qarşısına qoyulan sosial “oyun qaydaları” müəyyən qədər dəyişib deyə, gənclər də istər-istəməz bu qaydalarla ayaqlaşmağa məcbur olurlar.  Amma bu, problemi həll olunmuş kimi göstərməməlidir, çünki məsələ təkcə statistikadan ibarət deyil. Yeniyetmə anaların dünyaya gətirdiyi uşaqlar adətən yüksək risk qrupuna daxil olur. Onlar həm təhsil, həm də psixososial inkişaf baxımından dezavantajlı mühitdə böyüyürlər. Çünki uşağı dünyaya gətirən ana özü də uşaqdır. O, öz təhsilini yarımçıq qoyur, bununla əmək bazarında iştirak imkanlarını daraldır və nəticədə sosial müdafiəsizlik nəsildən-nəsilə ötürülür. Sanki bir “yoxsulluq mədəniyyəti” formalaşır. Bu tip ailələrdə çətinliklər artıq norma kimi qəbul olunur və dairəvi döngü özünü təkrar edir. Dövlətin və cəmiyyətin diqqət yetirməli olduğu əsas məsələ təkcə bu uşaqların doğulmasının qarşısını almaq deyil, həm də doğulanların taleyidir. Əks halda, rəqəmlər azalsa belə, mövcud uşaqlar sosial kapitaldan kənarda qalaraq gələcəkdə kriminal aləmə, yenidən erkən evliliklərə və ya qeyri-stabil həyat tərzinə daha çox meyilli olacaqlar. Yəni statistika düşə bilər, amma sistemik risklər davam edir. Unudulmamalı olan məqam budur ki, məsələ "filan qız evləndi", "filan qız uşaq doğdu" kimi "fərdi əhvalat” formatında dəyərləndirilməməlidir. Bu bir struktur problemidir və məsələnin həlli də yalnız sistemli yanaşma ilə mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri