Icma.az
close
up
RU
Subay qadınların böyütdüyü uşaqlar fərqli olur Sosioloq

Subay qadınların böyütdüyü uşaqlar fərqli olur Sosioloq

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda subay qadınların övladlığa uşaq götürməsi hallarının artması cəmiyyətdə sosial dəyərlərin və ailə modellərinin müəyyən transformasiyaya uğradığını göstərən tendensiyalardan biri kimi qiymətləndirilir. Əsas sual isə ondan ibarətdir ki, bu dəyişiklik ənənəvi ailə anlayışına necə təsir edir və gələcəkdə sosial münasibətlərdə hansı yeni yanaşmaları formalaşdıra bilər. Ümumilikdə bu tendensiya bir tərəfdən fərdi seçim azadlığının və sosial məsuliyyət hissinin güclənməsi kimi dəyərləndirilir, digər tərəfdən isə cəmiyyətin ailə institutuna baxışında daha müxtəlif modellərin qəbul olunmağa başladığını göstərir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, qanun çərçivəsində bu normal haldır, amma ailə münasibətləri baxımından məsələ daha həssasdır. 
"Tənha qadınların böyütdüyü oğlan uşaqları ilə tam ailədə böyüyən uşaqlar arasında fərqlər ola bilər. Bu, müəyyən psixoloji və sosial amillərlə bağlı formalaşan vəziyyətdir. Çünki qadın mühitində böyüyən oğlan uşağının dünyagörüşü və sosiallaşma prosesi fərqli istiqamətdə inkişaf edə bilər. Cəmiyyətin ümumi vəziyyətinə baxdıqda, müxtəlif sosial problemlərin mövcud olduğu mühitdə uşaqların tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Belə şəraitdə uşaqlara məsuliyyət, dayanıqlıq və ailəni qoruma kimi anlayışların aşılanması vacibdir. Lakin ata fiqurunun olmaması bəzi hallarda bu modelin formalaşmasına təsir göstərə bilər".
Sosioloq bildirib ki, uşaq çox vaxt ailə daxilində gördüyünü nümunə götürür və gələcək davranış modelini də buna uyğun formalaşdırır. 
"Ata nümunəsinin olmaması bəzi uşaqlarda sosial və emosional boşluqlar yarada bilər. Digər tərəfdən, boşanmaların və ailə dağılmalarının artması təkcə bu amillə izah oluna bilməz. Burada sosial, iqtisadi və fərdi psixoloji faktorlar da rol oynayır. İnsanların çətinliklər qarşısında daha tez uzaqlaşma meyli bəzən ailə institutuna da təsir edir.Ümumilikdə, qanuni baxımdan tənha qadının uşağı böyütməsi problem deyil və uşağın maddi və sosial təminatı ola bilər. Lakin ailə modeli baxımından ata və ana fiqurunun birgə olduğu mühit uşağın sosial və emosional inkişafında daha balanslı təsir yarada bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri