Icma.az
close
up
RU
Sosioloq: Sosial media əxlaqı məhv edir

Sosioloq: Sosial media əxlaqı məhv edir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Çılpaq yayımlar, nalayiq sözlər, cəmiyyət uçuruma gedir

Sosioloq tələb edir ki, "TikTok"da nalayiq davranışa 1 illik qadağa tətbiq edilsin

Naxçıvanın Ordubad rayonunda "TikTok" sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf" xəbər verir ki, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (adı və soyadı şərti verilib - red.) bu il noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus "TikTok" səhifəsində canlı yayımda nalayiq sözlər işlədib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən V.Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, canlı yayımda olduğu zaman tanıdığı şəxs ona zəng edib: "O mənimlə zarafatlaşdı. İçkiliydim deyə canlı yayımda olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam". Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə belə hallara çox rast gəlinir:

- Biabırçı vəziyyətdir. Bunu efirdə də bildirmişəm ki, gecə saatlarında sosial platformalarda canlı yayım açan qadınlarımız, qızlarımız var, üzr istəyirəm (onların əvəzinə - M.R.), çılpaq halda özlərini görüntüləyir və bu görüntüləri paylaşırlar. Onlara yazılan rəyləri görəsiniz, həya, abır, ismət qalmayıb. Nələr danışırlar, nələr göstərirlər, qiymətlərini deyirlər açıq şəkildə. Dəhşətdir. Ordubadda "TikTok" sosial şəbəkəsində söyüş söyən, nalayiq ifadələr işlədən şəxs 70 manat cərimə edilib. Bununla da canını qurtarıb. Qəti razı deyiləm cərimənin miqdarı ilə, nalayiq ifadələri bu şəkildə geniş halda ictimailəşdirən birisinə tətbiq edilən cəza ilə. Belə çıxır ki, cəmiyyətimiz, sosial şəbəkələr satın alınıb?!. Kim nə istəyir, danışacaq, əxlaqsız görüntülər paylaşacaq, ertəsi gün cüzi məbləğdə cərimə ödəməklə iş bitəcək. Həyatına davam edəcək. Amma onun nalayiq hərəkətləri bəlkə də neçə-neçə gənci doğru yoldan azdıracaq, ona baxanlar sanacaq ki, belə olar, bu, məqbuldur. Beləcə, əxlaqa zidd danışıq, nalayiq ifadələr dilimizdə, nitqimizdə “rəsmiləşəcək”. Cəmiyyətimiz ona görə bu vəziyyətə gəlib çıxıb. Dəyərlərimiz itir. İnsanların bir-birinə hörməti itib, özlərini ictimai yerlərdə apara bilmirlər, adi etik davranış qaydalarına məhəl qoyulmur artıq, sivil cəmiyyət etalonlarına riayət edilmir. Sosial platformada nalayiq sözlər işlədən birisinin ucuz xilası cəmiyyətə mənfi mesajdır ki, kim istəsə danışa, hansı hərəkət könlündən keçdi, edə bilər, istənilən görüntünü paylaşa bilər. Hesab edirəm ki, öz hərəkətləri ilə cəmiyyəti əxlaqsızlığa sürükləyən bu cür şəxslərə qarşı daha ciddi cəzalar tətbiq edilməlidir. Heç olmasa, 1 il ərzində onun "TikTok"dan istifadəsi qadağan edilməlidir. İçkili vəziyyətdə insan niyə sosial platformada olmalıdır? Kiçik məbləğdə, canqurtaran cərimələr böyük təhlükələrə yol açır. Sabah bir başqası çıxacaq daha betər ifadələr işlədəcək. Sərt cəzalar tətbiq edilməsə, biz daha ağır fəsadlarla üzləşə bilərik. Uşaqlar, gənclər bundan nə nümunə götürəcək? Biz bununla öz əlimizlə gəncləri uçurumun kənarına aparırıq. Bəlkə də, qeyri-rəsmi institutlar var ki, qəsdən cəmiyyəti əxlaqsızlığa sürükləməyə çalışırlar. Bu, çox yaxın gələcəkdə milli dəyərlərimizin deqradasiya olunacağını göstərir. Cəza mexanizmi sərtləşməlidir. Biz real həyatdan imtina edib sosial həyatda yaşayırıqsa, yeni qanunlar işlənməlidir. Çünki hazırkı qanunlar, cinayət məcəlləsi real həyat üçün nəzərdə tutulub. Sosial həyat üçün qanunlarda mütləq dəyişiklik edilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri