Icma.az
close
up
RU
Sosioloq Şuşada hər addımımız məsuliyyət tələb edir

Sosioloq Şuşada hər addımımız məsuliyyət tələb edir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şuşa və işğaldan azad edilmiş digər ərazilərimiz sıradan turizm məkanları deyil. Bu torpaqlara hər addım atarkən onların hansı ağır bədəllə azad edildiyini xatırlamalıyıq. Həmin ərazilərin hər qarışı şəhidlərimizin qanı, hərbçilərimizin fədakarlığı və qazilərimizin həyatında daşıdığı ağrılarla bağlıdır. Buna görə də həmin yerlərdə davranışımıza xüsusi diqqət yetirmək vacibdir.
Xüsusilə Şuşanın mənəvi və tarixi əhəmiyyəti olduqca böyükdür. Bu şəhərin azadlığı uğrunda canından keçən insanların xatirəsi hər birimiz üçün əzizdir. Bu baxımdan qayaların, daşların və digər təbii səthlərin üzərinə müxtəlif adların yazılması sadəcə görüntünü korlayan hərəkət deyil. Bu cür davranış həm də həmin məkanın daşıdığı mənəvi yükə qarşı məsuliyyətsiz münasibət deməkdir”.


Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, şəhidlərimizin adlarını əbədiləşdirmək üçün təsadüfi yerlərdə yazılar yazmağa ehtiyac yoxdur:
“Azərbaycanda onların xatirəsinə yaradılmış memoriallar, abidələr, parklar və xiyabanlar var. Bu məkanlar şəhidlərin adlarını gələcək nəsillərə çatdırmaq üçün daha layiqli və düzgün vasitələrdir.
Digər tərəfdən, Şuşa bu gün dünyanın müxtəlif ölkələrindən insanların ziyarət etdiyi şəhərlərdən biridir. Buraya gələn turistlər, jurnalistlər və digər qonaqlar gördükləri mənzərələri foto və video vasitəsilə paylaşırlar. Buna görə də tarixi şəhərin görünüşünə xələl gətirən hər bir davranış yalnız həmin anla məhdudlaşmır, ölkəmiz haqqında formalaşan təsəvvürə də təsir göstərə bilər.
Əslində, oxşar halların mənfi nəticələrini başqa ölkələrdə də görmək mümkündür. Müxtəlif şəhərlərdə binaların, tarixi tikililərin və ictimai məkanların üzərinə çəkilən icazəsiz qrafitilər həmin ərazilərin görünüşünü ciddi şəkildə dəyişir. Azərbaycanda da Nizami Kino Mərkəzinin binasında baş vermiş oxşar hadisə cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu. Bu nümunələr göstərir ki, ictimai və tarixi obyektlərə şəxsi iz qoymaq xatirə yaratmaq deyil.
İnsan hansısa hərəkəti etməzdən əvvəl onun nəticəsini düşünməlidir. Xüsusilə şəhidlərin xatirəsi, tarixi məkanlar və milli-mədəni irslə bağlı məsələlərdə məsuliyyət hissi daha yüksək olmalıdır. Vətənə sevgi yalnız sözlərlə deyil, onun torpağına, tarixinə, abidələrinə və mənəvi dəyərlərinə münasibətlə də nümayiş olunur.
Şuşada və digər azad edilmiş ərazilərdə hər birimizin əsas vəzifəsi həmin məkanları qorumaq, onların tarixi simasına hörmətlə yanaşmaq və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların adını daşlara yazmaq deyil, onların uğrunda can verdikləri Vətəni qorumaq və onun dəyərlərinə sahib çıxmaqdır”.
Xatırladaq ki, ötən gün Şuşaya səfər edən bəzi turistlərin qaya daşlarının üzərinə müxtəlif yazılar yazması şəhərin tarixi və mədəni irsinin qorunması məsələsini yenidən gündəmə gətirib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, bu cür hallar ilk dəfə deyil. Aparılan maarifləndirmə işlərinə və cərimələrin tətbiqinə baxmayaraq, analoji halların davam etməsi narahatlıq doğurur.
Şuşa kimi tarixi əhəmiyyət daşıyan şəhərdə qaya və daşların üzərinə yazı yazılması həm şəhərin ümumi görünüşü, həm də mədəni irsin qorunması baxımından narahatlıq doğurur. Qoruq İdarəsi vətəndaşları belə halların qarşısının alınmasında daha məsuliyyətli olmağa çağırıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri