Icma.az
close
up
RU
Yeniyetmənin intiharına görə, ilk növbədə, valideyn məsuliyyət daşıyır” Sosioloq

Yeniyetmənin intiharına görə, ilk növbədə, valideyn məsuliyyət daşıyır” Sosioloq

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Bu, çox ciddi məsələdir. Əgər yeniyetmə intihar edirsə, ilk növbədə, valideyn məsuliyyət daşıyır. Valideyn desə ki, cəmiyyət pozulub, sosial şəbəkələr uşaqlarımızı yoldan çıxarır, bütün bunlar sadəcə bəhanədir. Söhbət hüquqi yox, mənəvi məsuliyyətdən gedir”.

Bu sözləri "Yeni Sabah"a sosioloq Mail Yaqub deyib.

O vurğulayıb ki, yeniyetmə ailədə onu başa düşən adam olmadığı üçün intihara əl atır:

“Mənəvi məsuliyyəti valideyn daşıyır. Uşaq valideynin nəzarətində altında, onun qucağında böyüyür. Görün ailədə nə dərəcədə ciddi boşluq var ki, uşaq sığınacaq tapa bilmir və depressiyaya düşür. Ailədə onu başa düşən adam olmadığı üçün intihara əl atır.

Əmin edirəm ki, əgər ata-ana uşağına sığınacaq rolunu oynaya bilsə, uşaq heç vaxt intihara əl atmaz. Biz valideynlərlə işləməliyik. Cəmiyyətin əsas bünövrəsi ailədir. Bu çox vaxt şablon kimi səslənir, amma həqiqətən də belədir. 

Sosioloq qeyd edib ki, yeniyetmənin intihar etməsi Azərbaycana yaraşmayan haldır:

“Belə şeylər görməmişdik, bu, yeni hadisədir. Mən birinci növbədə mənəvi məsuliyyəti ailənin üzərində görürəm. İkinci isə məktəbdəki müəllimlərdir. Müəllim - ikinci valideyndir. O, rolunu yaxşı oynamalıdır. Uşaq hər gün bir neçə saatını məktəbdə keçirir. Onlardan biri, gərgin şagirdini başa düşsə, onu xilas edə bilər. Mən müəllimin gücünə inanıram”.

Xatırladaq ki, Gəncənin “Mahrasa bağları” ərazisində yerləşən bir avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyevin meyiti aşkar edilib. O, Gəncə şəhər 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş. Ümid Niftəliyev keçən ay meyiti tapılan Elgün İbrahimovla eyni məktəbdə oxuyurmuş. Ümidin ölümü barədə artıq bəzi saytlar "Elgün kimi" intihar etdiyini yazırlar. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri