Icma.az
close
up
RU
Sosioloqdan qəzəb dolu sözlər: Bu, hərəkət Azərbaycan qazisinə yaraşmır

Sosioloqdan qəzəb dolu sözlər: Bu, hərəkət Azərbaycan qazisinə yaraşmır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən qazi 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

APA xəbər verir ki, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.

Törətdiyi hərəkətlərinə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.



Sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, 22 yaşlı qazi tərəfindən narkotik vasitələrin təsiri altında xuliqanlıq hərəkəti törədildiyi üçün təəssüflənir:


“Bu gənc narkotik vasitədən istifadə edib avtomobilə əyləşərkən və  insanları təhlükə ilə qarşı-qarşıya qoyarkən heç qazi adından da utanmayıbmı? Bu xalq 44 günlük Vətən müharibəsində minlərlə övladını itirdi, minlərlə şəhid torpağa gömüldü. Lakin vətəni müdafiədə olan gəncin qazi adını daşıması ilə narkotik vasitə qəbul etməsi əsla bir araya sığmır. Yəni Azərbaycan gəncliyinə nümunə olmaq əvəzinə, narkotik qəbul edib avtomobilə əyləşərək ətrafdakı insanlara yetirə biləcəyi təhlükəni düşünməyən insan sadəcə qazi adına ləkə yaxır. Digər tərəfdən hər hansı sosial problem narkotik istifadə etməyə aparıb çıxarırsa bu, psixoloji pozğunluqdan başqa bir şey deyil”.


Ekspertin sözlərinə görə qazilərin sosial vəziyyəti daim dövlət tərəfindən izlənir, dəstəklənir. Bununla razılaşmayanlar ölkənin müharibədən cəmi 5 ilə yaxın çıxdığını, Qarabağın bərpa edildiyini, minlərlə qaçqın-köçkünün gözü yolda yurd yerinə köçməyi gözləməsini də göz önünə gətirsinlər:

“Yəni qazi olmaq o demək deyil ki, sən istədiyin hərəkəti edəsən. Vətən qarşısında hər kəsin borcu var. Bu borcu həyata keçirmək heç kəsə sonra pis əməl törətməyə icazə vermir. Düzdür 22 yaşlı gənc hüquq-mühafizə orqanları tərəfindən  məsuliyyətə cəlb olunub. Lakin düşünürəm ki, bununla kifayətlənmək olmaz. Qazilər İctimai Birliyi  məsələni müzakirə edib, qazi adına ləkə yaxmaq istəyən bu gənc haqqında fikrini deməli, onu ictimai qınaq obyektinə çevirməli, son qərarını verməlidir. Çünki bu, hərəkət Azərbaycan qazisinə yaraşmayan hərəkətdir”.

Psixoloq  Zeynəb Əyyubova isə bildirib ki, müharibə veteranlarında posttravmatik stress pozuntusu (PTSP) belə davranışlara səbəb ola bilər: 


“Müharibə şəraitində insan orqanizmi və psixikası fövqəladə stres altında olur. Qazi statusunda olan bir gənc insan üçün bu travmalar bəzən zaman keçdikcə daha da dərinləşə və müxtəlif formalarda üzə çıxa bilər. PTSP simptomları arasında aqressiya, emosional partlayışlar, yuxu pozuntuları, özünə və başqalarına qarşı təhlükəli davranışlar, hətta real dünyadan uzaqlaşma halları müşahidə olunur. Bu şəxslər bəzən daxili iztirablarını ifadə edə bilmədikləri üçün davranışları ilə bunu göstərməyə çalışırlar. Təəssüf ki, narkotik vasitələrdən istifadə də bəzən bu ağrıların “azalması” üçün seçilən yanlış yollardan biri olur. Psixoloji reabilitasiyanın olmaması və ya kifayət qədər sistemli olmaması qazilərin cəmiyyətə adaptasiyasını xeyli çətinləşdirir. Onlar özlərini başa düşülməyən, unutulmuş və tək hiss edə bilərlər. Bu vəziyyət zamanla daha ciddi psixoloji problemlərə və sosial təcridə gətirib çıxarır. Cəmiyyətin gözləntiləri ilə qazilərin daxili dünyası arasında yaranan ziddiyyət onların davranışlarında uyğunsuzluğa səbəb ola bilər”.


Psixoloqun sözlərinə görə bu cür halların qarşısını almaq üçün ilk növbədə dövlət səviyyəsində mütəşəkkil və davamlı psixoloji dəstək proqramları formalaşdırılmalıdır:

“Bu proqramlar fərdi yanaşma ilə, hər qazinin şəxsi psixoloji ehtiyaclarını nəzərə alaraq qurulmalıdır. Təkcə travmanın işlənməsi deyil, adaptasiya, emosional tənzimləmə, sosial münasibətlərin bərpası və özünüifadə bacarıqları da bu dəstəyin bir hissəsi olmalıdır. Eyni zamanda, ailələr və yaxın ətraf da bu dəstəyə cəlb olunmalıdır. Çünki qazinin sağalma prosesi onun ətrafındakı münasibətlərin dəstəyi ilə birbaşa bağlıdır. Maarifləndirmə, ictimai qəbul və empatiyanın artırılması da vacib məqamlar sırasındadır. Qazilər bizim üçün qəhrəmandırlar. Onların psixoloji sağalması isə həm onların, həm də bütövlükdə cəmiyyətin rifahı üçün çox önəmlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri