Icma.az
close
up
RU
“Bu, heyvansevərlik deyil, fetişizmdir” Sosioloqdan sərt açıqlama

“Bu, heyvansevərlik deyil, fetişizmdir” Sosioloqdan sərt açıqlama

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bu sevginin maniyaya çevrilməsi təhlükəlidir

İt-pişik davası da bitmir. Hər gün sosial şəbəkələrdə insanlarımız it-pişik üstə bir-birini “didir”, “parçalayır”. Bu gün Sunqayıt şəhəri ilə bağlı belə bir video paylaşılıb. 2 qadın küçə itlərinin müdafisəinə qalxanları ağır sözlərlə təhqir ediblər. Qadınlardan biri “uşağımız it dişlədi, günlərlə həkimə apardım. Gəlib mənə kömək etdiniz?” deyə bağırır. Belə görüntülər bir deyil, iki deyil. Ölkənin müxtəlif şəhər və qəsəbələrində oxşar vəziyyətdir.

Paytaxt sakinləri binaların həyətində küçə itlərinin, binaların girişində isə sahibsiz pişiklərin çoxaldığını bildirir: “Podyezdə daxil ola bilmirik it, pişik əlindən”, deyə gileylənirlər. Gəncədə isə xəstəxana palatasında xəstə çarpayısının altında, bir küncdə ana pişik və balalarının olduğunu ək etdirən görüntülər isə insanlarımızın qəlbindəki nifrəti üzə çıxarıb. Xəstə yaxınlarının şikayətindən sonra pişiklərin palatadan çıxarıldığı məlum olandan sonra sosial şəbəkədə söyüş, qarğış “göyə” ucalıb: “Səni görüm heç xoş gün görməyəsən”, “Ölüb qalacaqsan elə orda”, “Allah bilir kimə dərd verir”, kimi nifrət dolu mesajlar yazılır. Niyə bu hala gəlmişik? Xəstəxana palatasında pişik olmamalıdır axı. Binaların həyətində də sahibsiz heyvanlar təhlükə mənbəyidir. Kiminsə öz həyətində, evindı saxladığı it, pişik başqa mövzudur. Onlara baxılır, peyvənd edilir. Bu, insanın fərsi seçimidir. Amma bir halda ki sahibsiz itlər, pişiklər ətrafda insanlara zərər verir, bunun qarşısı alınmalıdır. Sosial şəbəkədə “Kim ki itə, pişiyə qayğı göstərmək istəyir, aparsın evinə, çölə çıxmalı deyil, padyezlər pişiklə doludu, həyətdə qotur itlər adama hücum edir, belə olmaz axı” yazan vətəndaş haqsız sayılmaz.

Sosioloq Yusif Nəbiyev Sherg.az-a açıqlamasında küçə itləri, pişikləri barədə dəfələrlə statuslar yazdığını, bu problemin ciddi xarakter aldığını, heyvansevərliyin maniyaya çevrilməsinin təhlükəli olduğunu dedi: 

- Mən demişəm, bu heyvansevərlik deyil. Bu, fetişizmdir. Ayrı bir maniyadır. Heyvanlara və bütün canlılara qayğı, əlbəttə, insani bir keyfiyyətdir, amma bu qayğının kütləvi maniyaya çevrilərək cəmiyyətin məhdud resurslarını və emosional enerjisini insan yönümlü əsas problemlərdən yayındırması, məncə, sosial inkişaf baxımından ciddi disfunksiyadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri