Icma.az
close
up
RU
Şou faciəyə döndü: Gənc idmançı və tribunadakı həkim öldü!

Şou faciəyə döndü: Gənc idmançı və tribunadakı həkim öldü!

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Portuqaliyanın paytaxtı Lissabondakı Campo Pequeno arenada keçirilən buğa güləşi şousu faciə ilə nəticələnib. Cəmi 22 yaşı olan tanınmış buğa idmançısı Manuel Maria Trindade, 680 kiloqramlıq nəhəng buğanın hücumu nəticəsində həyatını itirib.


Sherg.az xəbər verir ki, nümayiş zamanı gənc idmançı buğanın buynuzlarını tutmağa çalışsa da, buna nail olmayıb və buğa onu havaya qaldıraraq arenanın divarına çırpıb. Arenadakı minlərlə tamaşaçı qorxu dolu anlar yaşayıb. Təcili tibbi yardım göstərilsə də, Trindade reanimasiya şöbəsinə yerləşdirildikdən sonra ertəsi gün ürək və tənəffüs çatışmazlığından dünyasını dəyişib.


Faciə bununla bitməyib. Hadisəni tribunadan izləyən 73 yaşlı ortoped həkim Vasco Morais Batista ürək tutması keçirərək yıxılıb. Xəstəxanaya aparılan həkimi xilas etmək mümkün olmayıb, səbəb kimi aorta anevrizması göstərilib.

Trindade, Portuqaliyaya məxsus “forcado” ənənəsini davam etdirən gənc idmançılardan biri idi. Forcadolar heç bir qoruyucu vasitə və silah olmadan buğanın buynuzlarından tutaraq onu dayandırmağa çalışırlar. Bu ənənə ölkədə yüzillərdir davam edir. İspaniyadan fərqli olaraq Portuqaliyada buğalar arenada öldürülmür. 1836-cı ildən qüvvədə olan qanuna əsasən buğalar ya kəsim üçün göndərilir, ya da damazlıq kimi fermalarda saxlanılır.

Gənc yaşına baxmayaraq sevilən bir sima olan Trindade, Sao Manços buğa güləşi qrupunun üzvü idi. Atası da illər əvvəl həmin qrupda forcado kimi çıxış edib.


Hadisədən sonra Trindadenin anası Alzira Trindade açıqlama yayıb. O, oğlunun ölümünə kədərləndiyini bildirərək buğa güləşinin heyvanlara zərər verməyən bir ənənə olduğunu vurğulayıb: “Oğlum, buğaya ziyan vurulmayan bir ənənədə iştirak edirdi. Onun ölümünə sevinənlərə üzülürəm,” - deyə bildirib.

Nümayişi təşkil edən şirkət də gənc idmançının ailəsinə və yaxınlarına başsağlığı verib. Bu faciə Portuqaliya buğa güləşi ənənəsinin təhlükəsizlik və etik baxımdan yenidən müzakirə olunması mövzusunu gündəmə gətirib. Cəmiyyətdə buğa güləşinin qadağan edilməsinə dair artan təzyiq olsa da, bu ənənə hələ də yüzillərdir davam edən mədəni irs kimi qorunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri