Icma.az
close
up
RU
Öldü var, döndü yoxdur

Öldü var, döndü yoxdur

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – “Öldü var, döndü yoxdur!”

O günlərdə heç kim sabahını düşünmürdü. Heç kim evinə nə vaxt qayıdacağını, sağ qalıb-qalmayacağını hesablamırdı. Qarşımızda bir məqsəd var idi – Vətəni azad etmək, işğal altında olan torpaqlarımızı geri qaytarmaq.
Biz bu yola yalnız silahla çıxmamışdıq. Biz bu yola illərlə ürəyimizdə daşıdığımız Vətən sevgisi ilə çıxmışdıq. Bu Vətən sevgisinin, dövlətçilik düşüncəsinin və milli iradənin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir. Onun qurduğu və möhkəmləndirdiyi dövlətçilik ənənələri sonrakı nəsillərə böyük bir məsuliyyət və əmanət qoydu.
Və həmin əmanətin ən ağır sınaqlarından biri 44 günlük Vətən müharibəsi oldu.
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qarşısında duran tarixi vəzifəni yerinə yetirdi. Biz isə əsgər və zabit olaraq həmin əmrə sadiq qalaraq döyüş meydanında öz borcumuzu yerinə yetirdik.Tankın içinə oturanda, döyüş mövqeyinə gedəndə hər birimiz bilirdik ki, qarşıda bizi nə gözləyir. Ölüm hər an yanımızda idi. Amma qorxunun üzərinə Vətən sevgisini qoymuşduq.Bəzən tankın içində bir-birimizə baxıb heç nə demədən hər şeyi anlayırdıq. Çünki sözə ehtiyac yox idi. Hamımızın ürəyində eyni fikir vardı: geri çəkilmək yoxdur!Döyüş zamanı tankımız dəfələrlə vuruldu. Hər zərbədən sonra yenidən özümüzü toparlayıb yolumuza davam etdik. Çünki arxamızda Azərbaycan torpağı, önümüzdə isə azad olunmalı torpaqlarımız var idi.O günlərdə yanımızda döyüşən silahdaşlarımızın bir qismini bu gün artıq aramızda görə bilmirik. Onlar bizimlə eyni səngərdə dayandılar, eyni torpaq uğrunda döyüşdülər və Vətən uğrunda canlarından keçdilər.Onların sonuncu baxışları, sonuncu sözləri, sonuncu addımları yaddaşımızdan heç vaxt silinməyəcək.
Müharibə bitdi. Torpaqlarımız azad edildi. Üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda dalğalandı. Amma müharibənin izi bizim içimizdə qaldı.Bu gün biz qazilər olaraq həmin günləri xatırlayanda bir həqiqəti unutmamalıyıq: Qələbə sadəcə xəritədə dəyişən sərhəd deyil. Qələbənin arxasında canını verən şəhidlər, sağlamlığını itirən qazilər, illərlə övladını gözləyən analar, həyat yoldaşını gözləyən qadınlar və atasının yolunu gözləyən uşaqlar var.Biz o günlərdə “Öldü var, döndü yoxdur” deyərək döyüşə getdik.Bu gün isə bizim borcumuz təkcə keçmişi xatırlamaq deyil. Bizim borcumuz o tarixi yaşatmaqdır. Şəhidlərimizin adını unutdurmamaq, qazilərimizin haqqını qorumaq və gələcək nəsillərə bu Qələbənin hansı bedəllə qazanıldığını anlatmaqdır.
Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan dövlətçiliyini qorumaq, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərin dəyərini bilmək hər birimizin mənəvi borcudur.
Çünki bu torpaqlar bizə asanlıqla qalmayıb.
Bu bayrağın hər dalğalanışının arxasında bir şəhidin qanı, bir qazinin yarası, bir ananın göz yaşı var.
Ona görə də gəlin unutmayaq!
Şəhidlərimizi unutmayaq!
Qazilərimizi tək qoymayaq!
Vətənimizin qədrini bilək!
Dövlətimizi qoruyaq!
Bu torpaqları bizə əmanət edənlərin ruhunu uca tutaq!
Biz öz payımıza düşəni etdik.
Bir vaxtlar döyüş meydanında “Öldü var, döndü yoxdur!” deyirdik.
Bu gün isə sözümüz birdir:

Vətən var — biz varıq!
Dövlət var — biz varıq!
Bayraq var — biz varıq!
Və bu əmanəti gələcək nəsillərə sağlam şəkildə çatdırmaq üçün hər birimiz öz məsuliyyətimizi dərk etməliyik.
Şəhidlər ölmür. Onlar Vətən yaşadıqca yaşayırlar!

Əlisoy Əli

YAP Şərur rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri