Icma.az
close
up
RU
Sovet hakimiyyəti İstisuya niyə önəm verirdi?

Sovet hakimiyyəti İstisuya niyə önəm verirdi?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ münaqişəsi tarixi boyunca işgəncəyə məruz qalan mədəni abidələr, milli sərvətlər arasında Kəlbəcər möcüzəsi kimi tanınan İstisu da var. Öz ecazkar gözəlliyi ilə məşhur olan bu yerlər bu gün daha çox tarixin tozlu səhifələrindəki xarabalıqları xatırladır. İşğalın qəddarlıqla zərbə vurduğu sərvətlərimiz arasında “İstisu”nun unikal isti bulaqları və onların ərazisində yerləşən sanatoriya da var idi...

“Karlovı-Varı”nın Azərbaycansayağı alternativi

İstisu- Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbədir. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1927-ci ildə eyni adlı kurort da yaradılmışdı. Kəlbəcərin qərb hissəsində- 2225 metr hündürlükdə silsilə dağ yamaclarında yerləşən İstisu sanatoriya kompleksi ildə 4 milyard ton su verən 12 bulağın əsasında fəaliyyət göstərirdi. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlk, böyük miqdarda karbon 2-oksidin miqdari, 60°C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu kimi xüsusiyyətləri bu suların müalicəvi təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir.

Məşhur kimyaçı alim E.E.Karstenskiy vaxtı ilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra “İstisu”nun müalicəvi əhəmiyyətinin Karlovı Varıdan daha yüksək olduğunu qeyd edərək bu suların dünya üçün əhəmiyyətli xəzinə olduğunu deyib. İstisu bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir. Bu xəzinə Kəlbəcəri ermənilər üçün əvəzsiz qənimət etmişdi.

“İstisu” bulağının hərarəti 60 dərəcəyə yaxındır. 1 litr suda cəmi mineralların çəkisi 6,7 qramdır, tərkibində litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələr var. İstisu kurortunda dünyanın bir çox yerindən insanlar mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə görə müalicə oluna bilirdilər. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilirdi.

Sovet hakimiyyəti İstisuya niyə önəm verirdi?

Sovet hakimiyyəti qurulduqdan sonra, daha dəqiq desək, 1925-ci ildən İstisuda müalicə-istirahət zonasının yaranması Azərbaycan hökumətinin diqqət mərkəzində olub. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edib. Sonralar bu məsələ Azərbaycan KP MK-nin 1-ci katibi Mircəfər Bağırovun şəxsi diqqət mərkəzində olub. 1928-ci ildə isə İstisu sanatoryasının tikilməsi, yollar çəkilməsi sovetlərin qurultayında qaldırılıb, M.Bağırov öz məruzəsində “İstisu”ya xeyli yer ayırıb. Bu işə böyük əhəmiyyət verən Bağırov özü “İstisu”da olub, tikinti işləri ilə maraqlanırdı.

Elə həmin il “İstisu” müalicə-kurort sanatoriyası təşkil edildi. 1950-ci ildə memar Dmitri Aleksandroviç Dubovun layihəsinə əsasən bir neçə monumental binadan ibarət binalar kompleksi istifadəyə verildi. Stalin dövründə tikilən sanatoriya kompleksi öz memarlıq üslubuna görə Leninqrad və Moskvadakı Stalinist binalara bənzəyirdi. 1989-cu ilin rəsmi siyahıyaalınmasına əsasən İstisuda 830 nəfər daimi yaşayırdı. Bunlar sanatoriyanın işçiləri və onların ailə üzvləri idi.

İstisu kurort şəhərciyi sayılırdı: səliqəli sanatoriya, yeni yaşayış binaları, kurortu Azərbaycanın iri şəhərləri ilə birləşdirən yolları vardı. Kurortdan 200 metr hündürlükdə təbii meydança var idi, bu Yak-40 və An-2 təyyarələrinin enməsi və qalxması üçün optimal şəkildə uyğunlaşdırılmış platforma idi. Onların köməyi ilə yerli sakinlər və sanatoriyanın qonaqları daşınırdı. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edildi. Arxiv sənədlərinə və 80-ci illərin statistik məlumatlarına görə, hər mövsüm bura dünya ölkələrindən 50 min insan müalicə almaq üçün gəlirdi.

“İstisu”nun termal bulaqlarından gələn sular xroniki kataral, mədə və bağırsaqların funksional pozğunluqları, xroniki qaraciyər, öd kisəsi, podaqra, piylənmə və yüngül şəkərli diabetlə mübarizədə təsirli idi. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər. Sanatoriya bu gün də insanlara xidmət edə bilərdi... 30 il erməni işğalı altında qalıb xaraba qoyulmasaydı.

“İstisu”nun Azərbaycan üçün iqtisadi əhəmiyyəti

“İstisu”da kurort imkanlarının genişləndirilməsi, xarici turistlərin cəlb edilməsi halında Azərbaycan iqtisadiyyatı üçün ciddi gəlir əldə edilərdi. Məsələ təkcə “İstisu”da deyil. Kəlbəcərə dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 min kubmetrdən çox olan termal və mineral su yataqları mövcuddur. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada yerləşən mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi.

Lakin Azərbaycan torpaqlarını 30 ildir işğal edən ermənilər çiçəklənən, şəfası ilə bütün dünyaya ün salan “İstisu” dağ kurortunu xarabalığa çeviriblər. Kurortun bütün infrastrukturu dağıdılıb, sanatoriyalar talan edilib, yağmalanıb.

“İstisu”nun bu illər ərzində xarabalığa çevrilməsi kurorta gedən yolun kifayət qədər təhlükəli vəziyyətə gəlib çatmasına səbəb olub: dağılmış körpülər, dağlarda qazılmış tunellər, qurulmuş xain tələlər, dar yollar, sıx kolluqlar...

Abad rayonu xarabalığa çevirən ermənilər Kəlbəcərin sərvətlərini talan edib faydalanıblar. Heç bir yenidənqurma aparmadan, yalnız bulaqların suyunu satıb gəlir əldə edən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını erməni brendi kimi “Cermuk” adı altında Avropa ölkələrinə, Amerikada bazara çıxarmaqla milyonlarla valyuta qazanıblar.

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində 2020-ci il noyabr ayının 25-də Azərbaycana qaytarılan Kəlbəcərdə indi yenidən canlanma prosesi gedir. Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Bu gün sanatoriyanın xarabalıqları üzərində yeni infrastuktur qurulur, müasir hovuzlar tikilib, boru sistemi vasitəsilə termal bulaqlardan hovuzlara su veriləcək. Amma kurort hələ xidmətə açıq deyil. Yaxın vaxtda keçmiş şöhrətini qaytaracaq İstisu yenə də dünyanın hər yerindən qonaqları qəbul edəcək. Beləliklə, Kəlbəcərin təbii resursları, xüsusən də İstisu sanatoriyası ölkəmizə həm də iqtisadi fayda verəcək.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri