Rusiya silahları pulsuz verirdi, Çin, Avropa və keçmiş sovet ölkələri isə... Ohanyan
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan illərlə silahları əsasən strateji tərəfdaşımız Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə edib və bu əməkdaşlıq vasitəsilə həm Rusiya, həm də bəzi digər keçmiş sovet ölkələrindən aşağı qiymətlərlə, bir çox hallarda isə pulsuz silahlar almışıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Baş nazir Nikol Paşinyanın bəzi ölkələrin müxtəlif səbəblərdən Ermənistana silah satmadıqları barədə açıqlamalarına cavab olaraq Seyran Ohanyan heç kimin silah satmaqdan imtina etmədiyini bildirib:
“Ermənistan Rusiya ilə yanaşı, keçmiş sovet ölkələrindən də silah-sursat alıb. Keçmiş sovet ölkələrindən patronlar, atıcı silahlar almışıq. Çindən artilleriya və yaylım atəş sistemləri, bir çox Avropa ölkələrindən silah, döyüş sursatı, aviasiya vasitələri, müşahidə cihazları və sair əldə etmişik”.
Ohanyan əlavə edib ki, Ermənistan öz təhlükəsizlik problemlərini təkbaşına həll edə bilməz:
“Müdafiəmizin əsası Ermənistan ordusu olmalıdır, ikitərəfli və çoxtərəfli münasibətlər də vacibdir. Rusiya ilə birgə qoşun qrupumuz var, həmçinin KTMT çərçivəsində məsələ daha qlobaldır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















