Icma.az
close
up
RU
“Советский Спорт Футбол” “Qarabağ”dan yazdı

“Советский Спорт Футбол” “Qarabağ”dan yazdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sovetskiy Sport Futbol” (17 – 23 dekabr 2025/№49 (2 809) post Sovet klublarının Çempionlar Liqasında çıxışı barədə maraqlı məqalə dərc edib:

Azərbaycan çempionları – hazırda keçmiş SSRİ-nin ən yaxşı komandasıdır. Ötən həftə “Qarabağ” Çempionlar Liqasında “Ayaks”a qarşı ev oyununda təəssüf doğuran məğlubiyyət yaşadı (2:4). Lakin buna qədər, Avropanın əsas klub turnirinin qrup mərhələsində ikinci dəfə iştirak edən “atlılar” yeddi xal toplamağa nail olmuşdular: “Benfika”nı (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə heç-heçə (2:2) oynamışdılar. Bu nəticələr pley-offa çıxmaq üçün ciddi ümidlər yaradır: turnirin bitməsinə iki tur qalmış Qurban Qurbanovun komandası kubok mərhələsinin 24 potensial iştirakçısı sırasına daxildir.

Bəs bu möcüzə necə mümkün oldu? Axı səkkiz il əvvəl “Qarabağ” “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda cəmi iki xal qazanmışdı. Bundan əlavə, göz önündə “Kayrat”ın təzə nümunəsi var – ÇL-in əsas mərhələsinin postsovet debütantı olan bu klub, ötən payız Xəzərin o biri sahilindəki klubun nəticələrinə yaxın belə düşə bilmədi və turnir cədvəlinin ən sonunda cəmi bir xalla qaldı.

 QURBANOVUN ÜÇ POSTULATI

“Qarabağ”ın uğurunun birinci (və bəlkə də ən vacib) komponenti – məşqçi Qurbanovun 18 illik rəhbərliyi dövründə qurduğu dəqiq oyun sistemidir. Azərbaycanın 12 qat çempionları rəqibin adından və titullarından asılı olmayaraq öz oyunlarını diktə etməyə çalışırlar. Qurbanovun fəlsəfəsi üç prinsipə əsaslanır:

Topa nəzarət: Hətta “Benfika” ilə səfər oyununda belə komanda temp diktə etməyə və təşəbbüsü ələ almağa çalışırdı.

Keçid fazalarında fəallıq: Topu qazandıqdan sonra oyunçular dərhal şaquli ötürmələrlə Abdulla Zubir və ya Kadi Borjesi axtarır, cinah müdafiəçilərinin hücuma qoşulması ilə xətlər arasındakı boşluqlardan maksimum istifadə edirlər.

Çevik pressinq: “Çelsi” ilə oyun boyu Qurbanovun komandası bir dəfə də olsun öz qapısına qısılmadı. Hücum zamanı “Qarabağ” 4-3-3 sxemi ilə düzülür, müdafiəyə çəkildikdə isə Avropanın ən yaxşı klubları kimi 4-4-2 sisteminə keçir.

İDEAL YAŞ

Bu mexanizmdə hər bir detal dəqiqliklə işləyir. “Qarabağ”da futbol həqiqətən komanda oyunudur. Kimisə xüsusi qeyd etmək lazımdırsa, bu, komandanın fransız kapitanı Zubir və iki latın amerikalı – braziliyalı Kadi və kolumbiyalı Kevin Durandır. Yaradıcılıq və sürət onlardan asılıdır. Duran Çempionlar Liqasının ən yaxşı cinah oyunçularından biri hesab olunur.

“Qarabağ”ın hazırkı yüksəlişinə komandanın ideal orta yaşı da kömək edir. Qurbanovun topladığı özək heyət 2025-ci ildə öz pik nöqtəsinə çatdı: əsas oyunçuların hazırda 26-29 yaşı var. Maraqlıdır ki, onların hamısını bu mövsüm komandada saxlamaq mümkün olub. Ehtimal ki, 2026-cı ildə Avropanın aparıcı klubları onları transfer etməyə çalışacaq.

ÜÇ EV STADİONU

“Qarabağ” formal olaraq Ağdamı təmsil etsə də, faktiki olaraq oyunlarını Bakıda keçirir. Milli çempionat üçün 5800 nəfərlik “Azərsun Arena”dan istifadə olunur. Avrokuboklarda isə komanda rəqiblərini ya Milli Olimpiya Stadionunda, ya da (əksər hallarda) 30 minlik Tofiq Bəhramov adına stadionda qəbul edir. 1966-cı il dünya çempionatının əfsanəvi hakiminin adını daşıyan bu arena Azərbaycan futbolunun simvollarından biri hesab olunur.

Bakı sürətlə inkişaf edir və futbolun uğurları şəhərin iqtisadi tərəqqisi ilə üst-üstə düşür. Xalq sevgisi də “Qarabağ”a kömək edir, lakin Bakı İstanbul kimi “fanat xaosu” şəhəri deyil. Şəhərdə komanda atributikasında olan insanlara az rast gəlinsə də, Çempionlar Liqası oyunlarında anşlaq (tam dolu tribunalar) olur və azarkeş dəstəyi komandaya hər oyunda iki qol vurmağa kömək edir.

“MUSAYEV ZƏİF MƏŞQÇİDİR…”

Məqalədə yerli taksi sürücüsü ilə dialoq da yer alıb. Sürücü deyir: “Gördün necə oynadılar? İndi “Qarabağ” əla formadadır. Bu, hamısı Qurbanovun sayəsindədir. O, bu komandanı qurdu, illərlə buna doğru getdi və sübut etdi ki, heç kimdən qorxmaq lazım deyil”.

Söhbət Rusiyaya keçəndə sürücü Murad Musayev haqqında kəskin danışır: “Musayev keçən mövsüm “Krasnodar”la “Zenit”i üstələdi. Amma Azərbaycan çempionatında “Sabah”la heç nə qazana bilməmişdi. Zəif məşqçidir”.

Məqalənin sonunda qeyd olunur ki, “Qarabağ” və Rusiyanın “Krasnodar” klubu sistemli yanaşmaları ilə bir-birinə bənzəyirlər. Hər iki klub gələcəyə nikbinliklə baxır.

Keçmiş SSRİ klublarının Ümumi Cədvəli (Rusiya və Ukrayna olmadan)

Maraqlıdır ki, bu mövsümə qədər BATE mübahisəsiz lider hesab olunurdu, lakin “Qarabağ” genişləndirilmiş format və keyfiyyətli oyun sayəsində artıq tarix boyu toplanan xalların sayına görə liderliyə çox yaxınlaşıb. (sportkritik.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri