Icma.az
close
up
RU
Nüfuzlu The Athletic Qarabağ dan yazdı

Nüfuzlu The Athletic Qarabağ dan yazdı

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 Yanvar 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri