“Sovxoz 2” adı niyə hələ də qalır? Fazil Mustafa
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bu gün müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan adlarla bağlı məsələlərə diqqət yetirilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin 16 oktyabr tarixli iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat sovet dövründən qalan bəzi yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsini təklif edib. O, Sabunçu rayonu ərazisindəki “Sovxoz 2” və “Romana Gülçülük sovxozu” kimi adları nümunə göstərib.
Fazil Mustafa bildirib ki, həmin adlar bu günün reallıqlarını əks etdirmir və onların dəyişdirilməsi məsələsinə operativ yanaşmaq lazımdır. Deputatın fikrincə, bu işin kompleks şəkildə həyata keçirilməsi əlavə maddi vəsait xərclənmədən problemin həllinə imkan verə bilər.
O, Pirşağı ərazisinin tərkibində yerləşən, təxminən 15 min nəfərin yaşadığı məntəqənin adının da müstəqil Azərbaycanın mahiyyətinə uyğunlaşdırılmasına diqqət yetirilməsini istəyib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















