Icma.az
close
up
RU
Soydaşlarımız Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər FOTOLAR

Soydaşlarımız Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya azərbaycanlıları hər il olduğu kimi bu il də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasınının ildönümünü böyük ehtiram və dərin minnətdarlıqla yad ediblər.

"Unikal" xəbər verir ki, ABŞ, Almaniya, Danimarka, Əlcəzair, Fransa, Gürcüstan, Kanada, İspaniya, İsveç, Qazaxıstan, Misir, Moldova, Niderland, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdə yaşayan soydaşlarımız Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçiriblər. İdman yarışları, guşələr, açıq dərslər, konsertlər və məlumatlandırıcı aksiyalar vasitəsilə dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və onun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin beynəlxalq nüfuzunun artmasında və müasir Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən danışılıb.

Tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizin inkişafındakı müstəsna rolundan, Azərbaycanın mədəni irsinin qorunmasına və Türk dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrdən geniş bəhs olunub. Ümummilli Liderin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitliyin bərpa olunduğu, dövlət institutlarının gücləndirildiyi və ölkəmizin gələcək inkişafının təməlinin qoyulduğu xatırladılıb. Eyni zamanda, onun zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığı diqqətə çatdırılıb. Bildirilib ki, görkəmli dövlət xadiminin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq saçır və onun yaratdığı dövlətçilik prinsipləri uğurla davam etdirilir.

Məsələn, ABŞ-nin Nyu York ştatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan “Prezident kuboku” (“President Cup”) şahmat turnirində Ulu Öndərin Azərbaycanda şahmatın inkişafındakı misilsiz xidmətlərindən danışılıb. Eyni zamanda, Barlebendə keçirilən idman festivalının əsas məramını Heydər Əliyevin uşaqlara, gənclərə və ailə dəyərlərinə verdiyi yüksək önəm təşkil edib. Bu yanaşmalar tədbirlərin ruhuna sirayət edib və xüsusi rəğbətlə qarşılanıb.

Tədbirlərin bədii hissəsində tanınmış musiqiçilərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən seçilmiş parçalar böyük maraq və heyranlıqla dinlənilib. Dünyanın müxtəlif ölkələrində böyüyən azərbaycanlı uşaqlar isə Vətənə, Azərbaycana və Ulu Öndər Heydər Əliyevə olan dərin sevgilərini şeirlərlə ifadə ediblər. Həmçinin, Ümummilli Liderin zəngin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə həyata keçirdiyi tarixi xidmətlər və gələcək nəsillərə miras qoyduğu dəyərlərdən bəhs edən filmlər iştirakçıların Ulu Öndərlə bağlı dolğun informasiya əldə etməsinə imkan yaradıb.

Soydaşlarımızın fəal iştirakı ilə keçirilən tədbirlər bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları bütün dünya azərbaycanlıları üçün bir vəhdət simvoludur. Onun uzaqgörən siyasəti və vətənpərvərliyi nəticəsində Azərbaycan diasporunun möhkəm təməli formalaşdırılıb.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü idönümünə həsr olunan tədbirlərin təşkilində ABŞ-nin Nyu York ştatındakı "Chess Father" şirkəti, Almaniyanın paytaxtı Berlindəki Azərbaycan Evi, Ştutqart Azərbaycan Evi, Almaniya Azərbaycanlıları Alyansı, Maqdeburqdakı Heydər Əliyev adına Dünya Boks Komitəsi, Diaspor Boks Liqası, Danimarka Azərbaycan Evi, Əlcəzairdəki diaspor nümayəndələri, Fransa Azərbaycanlıları Koordinasiya Şurası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “ElTV Production”, İspaniyadakı Barselona Azərbaycan Evi, İsveçdəki “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti, Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdindəki Azərbaycan Mərkəzi, Misir Azərbaycan Dostluq Cəmiyyəti, Moldova Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Koordinasiya Şurası, Rusiyanın “Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan milli-mədəni muxtariyyəti” Regional ictimai təşkilatı, Volqoqrad şəhərindəki soydaşlarımız, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseyin, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) “İğdır Azərbaycan Evi” Dərnəyi, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) “İğdır Azərbaycan Evi” Dərnəyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Ukraynanın Jitomir şəhərindəki “Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi”, Krivoy Roq şəhərindəki “Azərbaycan Diasporu” təşkilatı, Odessa vilayətindəki “Birlik” diaspor təşkilatı kimi bir sıra diaspor təşkilatları, müxtəlif ölkələrdəki Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan Evləri və diaspor üzvləri xüsusi fəallıq nümayiş etdiriblər.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri