Icma.az
close
up
RU
Soydaşlarımız Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb FOTOLAR

Soydaşlarımız Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bütün dünya azərbaycanlıları kimi Almaniyanın Ştutqart şəhərində və Gürcüstanın Bolnisi rayonunda yaşayan soydaşlarımız da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini anıb, onun Vətən, millət yolundakı misilsiz xidmətlərindən danışıblar.

"Unikal" xəbər verir ki, Ştutqartda keçirilən anım tədbiri Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Günay Mirzəyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qurulması və inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb, onun “Azərbaycan mənim həyatımdır, Azərbaycan mənim nəfəsimdir” sözlərini xatırladıb. Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim sevgi və hörmətlə yaşayacağını vurğulayıb.

Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində təşkil olunan anım tədbirində mərkəzin direktoru Rezo Həsənov, Gürcüstan Parlamentinin sabiq deputatı, ziyalı Ramiz Bəkirov, soydaşlarımız Çingizxan Yaqubov, Natəvan Mehdiyeva, Tahirə Əliyeva və Sehrab Aslanov çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin bütün dünya azərbaycanlılarının lideri olduğu, onun uzaqgörən siyasətinin, müdrik qərarların və formalaşdırdığı strateji xəttin uğurlu nəticələrinin bu gün də aydın şəkildə hiss edildiyi vurğulanıb. Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrdən, onun dövlətçilik fəlsəfəsi və liderlik keyfiyyətləri barədə danışılıb. Heydər Əliyevin ana dilimizə göstərdiyi xüsusi qayğıdan, dünya azərbaycanlılarına olan diqqət və himayəsindən söz açılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, bunun nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısametrajlı film göstərilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri