Icma.az
close
up
RU
Soyqırımı qurbanlarının xatirəsi əbədi yaşayacaq ŞƏRH

Soyqırımı qurbanlarının xatirəsi əbədi yaşayacaq ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü, yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşına həkk olunmalı faciə dolu bir gündür. Hər il bu günün qeyd edilməsi, xalqımıza qarşı törədilən soyqırımların yaddan çıxmaması və gələcək nəsillərə doğru şəkildə ötürülməsi məqsədini daşıyır. Bu günün dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, bəşəriyyətin qarşısında duran böyük məsuliyyətləri də vurğulayır. Həmin gün, azərbaycanlıların faciəsinə diqqət çəkmək, bu faciənin dünya ictimaiyyətinə çatdırılması və ən əsası, bu cinayətin tanınması istiqamətindəki mübarizənin davam etməsi məqsədini güdür. Azərbaycan xalqı 1918-1920-ci illərdə böyük faciələr yaşamış, xüsusən də Şamaxı, Quba, İrəvan və digər bölgələrdə törədilən soyqırımlar nəticəsində on minlərlə günahsız insan həyatını itirmişdir. Bu dövrdə Ermənistanın rəhbərliyi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz yurdlarından didərgin düşmüş, evlərini tərk etməyə məcbur olmuşlar. Ermənilər tərəfindən törədilən bu soyqırımlar, yalnız Azərbaycanın ərazilərində deyil, ümumilikdə Cənubi Qafqazda həyata keçirilmiş ən dəhşətli faşist siyasətinin təzahürüdür.

Ulu Öndər Heydər Əliyev, 31 mart soyqırımı günü ilə bağlı söylədiyi fikirlərində çox mühüm məqamlara toxunmuşdur: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” Göründüyü kimi xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi var və bu həqiqətlər Azərbaycanın rəhbəri, Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu sözlər, həm Azərbaycanın rəhbərliyinin, həm də xalqın bu mübarizədəki rolunu xüsusi olaraq vurğulayır. Ulu Öndərin bu sözləri, soyqırımın tanınması istiqamətində aparılan mübarizənin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Azərbaycanın soyqırımını tanıtmaq, yalnız tarixi bir hadisəni dünya ictimaiyyətinə çatdırmaq deyil, həm də gələcəkdə belə faciələrin təkrarlanmasının qarşısını almağa xidmət edir. Həqiqətlərin bərpa edilməsi, bu tarixi hadisələrin dünyaya doğru təqdim edilməsi, Azərbaycan üçün böyük bir vəzifədir. Bu səbəbdən, hər il keçirilən anma tədbirləri, soyqırımı qurbanlarının xatirəsinə hörmətin nümayişi olmaqla yanaşı, həm də bu cinayətin dünya miqyasında tanınması üçün bir vasitədir.

Şamaxı qırğınları, Quba qırğınları, İrəvanda azərbaycanlıların qətli və digər faciələr, son illərdə aparılan araşdırmalar nəticəsində daha da aydınlaşmış, 2007-ci ildə Quba stadionunda aparılan qazıntılar zamanı kütləvi məzarlıq aşkar edilmişdir. Bu yeni faktlar, soyqırımının miqyasını bir daha göstərmiş və dünyanın diqqətini cəlb etmişdir. Soyqırımının 100 illik yubileyi ilə bağlı imzalanan sərəncam, Azərbaycan rəhbərliyinin bu istiqamətdəki prinsipial mövqeyini bir daha ortaya qoymuşdur. Azərbaycanın soyqırımı qurbanlarının xatirəsini yaşatmaq yalnız dövlətin vəzifəsi deyil. Xalqın hər bir üzvü, xüsusilə də xaricdə yaşayan azərbaycanlı icmaları, bu mübarizədə fəal iştirak etməli, soyqırımı faktlarını dünya miqyasında yaymalıdır. Bu işdə dövlətin atdığı addımlar önəmlidir, lakin hər bir vətəndaşın, həmçinin beynəlxalq aləmdəki azərbaycanlıların bu məsələyə diqqət yetirməsi vacibdir. Beynəlxalq təşkilatlar və digər dövlətlər, Azərbaycanın haqq səsini dinləməli, bu soyqırımını tanımalı və dünya miqyasında bu hadisəyə qarşı mübarizədə Azərbaycanı dəstəkləməlidirlər. Bu mübarizənin ən çətin tərəfi, erməni təbliğatının uzun illər boyu dünyada formalaşdırdığı yanlış təsəvvürlərə qarşı mübarizə aparmaqdır. Lakin Azərbaycan, öz əzmi ilə, bu təbliğatı darmadağın edərək doğru tarixi faktları ortaya çıxarmaqla bəşəriyyətə qarşı törədilən bu cinayətin tanınması üçün ardıcıl addımlar atır.

Bu mübarizənin bir hissəsi də, UNESKO vasitəsilə dünyanın müxtəlif bölgələrində bu faciənin təbliği və tanınmasıdır. Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bu istiqamətdə dünya səviyyəsində böyük işlər görmüşdür. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO ilə sıx əməkdaşlıq edərək, Novruz Bayramı və soyqırımı ilə bağlı beynəlxalq tədbirlər təşkil etmiş, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün mühüm addımlar atmışdır. Bu təşəbbüslər, yalnız Azərbaycanın tarixini dünyaya tanıtmaq deyil, həm də xalqımızın başına gətirilən faciələrin əbədi olaraq unudulmamasını təmin etmək məqsədi güdür. Bütün bu addımlar, soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, onların faciəsinin dünyaya çatdırılması, həmçinin bu cinayətin hüquqi və siyasi qiymətinin verilməsi istiqamətində atılan mühüm addımlardır. Azərbaycan xalqının tarixi faciəsini dünya ictimaiyyətinə tanıtmaq, xalqın gələcək nəsillərinə düzgün bir miras buraxmaq, hər birimizin müqəddəs borcudur. Bu mübarizənin davamı, yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqı və rəhbərliyi, bu istiqamətdəki mübarizəni davam etdirməli, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və bu cinayətin tanınmasını təmin etmək üçün bütün dünyada səylərini birləşdirməlidir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri