Icma.az
close
up
RU
Şoyqudan Ermənistana sərt

Şoyqudan Ermənistana sərt

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq".

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Aİİ-dən Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək: "Bu, ölkə iqtisadiyyatına ziyan vuracaq. İstehsalın azalması, əmək bazarının daralması, işsizliyin və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə alaraq Aİ-nin subsidiyalarına bel bağlamamalıdır".

Onun sözlərinə görə, avrointeqrasiya perspektivi müqabilində Ermənistan vətəndaşları Aİİ-nin vahid əmək bazarının verdiyi imtiyazlardan, o cümlədən icazəsiz məşğulluqdan, sadələşdirilmiş qeydiyyatdan, pulsuz tibbi xidmətdən, pulsuz təhsildən və s. imtina etməli olacaqlar.

Şoyqu xatırladıb ki, Rusiyadan Ermənistana pul köçürmələri ölkənin ÜDM-nin təxminən 15%-ni təmin edir: "Əhəmiyyətli payı Rusiyada işləyən Ermənistan vətəndaşlarının köçürmələri təşkil edir. Çoxlarının vətənlərinə qayıtmalı olacağını və Avropada onların xoş qarşılanmadığını nəzərə alsaq, biz əminliklə deyə bilərik ki, xaricdən Ermənistan iqtisadiyyatına pul axını kifayət qədər azalacaq. Bundan əlavə, Ermənistan Aİ tələblərinə cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən qurmalı olacaq. Praktikada bu, minimumda durğunluq, maksimumda isə mövcud sənayenin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhv edilməsi deməkdir. Oxşar mənzərəni artıq Baltikyanı respublikaların timsalında da müşahidə etmək olar. Ukrayna da bir vaxtlar bundan əziyyət çəkdi. O zaman Ukrayna qanunvericiliyinin Aİ-nin hüquqi normalarına, o cümlədən üçüncü enerji paketinə uyğunlaşdırılması sənaye istehsalının və enerjinin deqradasiyasına gətirib çıxardı".

Bundan əlavə, Şoyqunun sözlərinə görə, Ermənistan Rusiyadan və digər Aİİ ölkələrindən idxal edilən mallara gömrük rüsumları tətbiq etməyə və müvafiq olaraq Aİ ölkələrindən gələn mallara rüsumları ləğv etməyə məcbur olacaq: "Təbii ki, bundan sonra Aİİ ölkələri ilə gömrük ittifaqı və azad ticarətdən söhbət getməyəcək. Biz də MDB-nin azad ticarət zonasını tərk etməli olacağıq. Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə 12,7 milyard dollar, Aİ ölkələri ilə isə 2,3 milyard dollar təşkil edib. Fərq təxminən 6 dəfədir azdır".

O vurğulayıb ki, Ermənistan ixrac istiqamətlərini dəyişə bilməyəcək, çünki erməni malları Avropada xoş qarşılanmır: "Çox yüksək fitosanitar, baytarlıq və digər tələblər də daxil olmaqla, Qərb bazarlarına çıxmaq və orada möhkəmlənmək olduqca çətin məsələdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Mart 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri