Sergey Şoyqudan Ermənistana SƏRT TƏNQİD
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının elmi-ekspert şurasının Rəyasət Heyətinin iclasında Ermənistanın xarici siyasət kursunu sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
O bildirib ki, İrəvan Rusiya ilə əlaqələri kəsməyə və NATO ilə əməkdaşlığı genişləndirməyə çalışır.
Şoyqunun sözlərinə görə, 90-cı illərdə Rusiyanın Ermənistanı iqtisadi və energetika böhranından xilas etməsinə, eləcə də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olduğu on il ərzində ölkə iqtisadiyyatının təxminən üç dəfə böyüməsinə baxmayaraq, hazırkı hakimiyyət Qərblə yaxınlaşmaq yolu seçib. Şoyqu İrəvanın Aİİ və KTMT-nin regional inteqrasiya mexanizmlərinə qarşı "açıq-aşkar istehlakçı mövqeyi" sərgilədiyini vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi İrəvanın Aİİ-də qalmaq və ya Aİ-yə üzvlük məsələsində referendum keçirməklə öz kursunu dəqiq müəyyənləşdirməli olduğunu qeyd edib:
"Rusiya erməni avrointeqrasiyasını maliyyələşdirməyə hazır deyil və olmayacaq, bu istiqamətdə atılan hər bir addımın obyektiv nəticələri olacaq".
O, həmçinin Ermənistandakı Rusiya biznesinə qarşı "qeyri-dost xətt" və ikili standartların tətbiq olunduğunu iddia edərək, milyardlarla sərmayə yatırılmış müəssisələrlə bağlı baş verənləri "müəssisənin zorla ələ keçirilməsi" kimi qiymətləndirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















