Soyuducuda xarab olan qidalar SİYAHI
Icma.az, News24 portalına istinadən məlumat verir.
Bəzi qidaları soyuducuda saxlamaq məsləhət deyil. Çünki bu zaman onların dadı pisləşir.
Publika.az xəbər verir ki, bu çağırışla qidalanma mütəxəssisi Amparo Qamero "Gloucestershire Live"də çıxış edib.
Onun fikrincə, sarımsaq soyuqda tez cücərdiyi üçün onu soyuducuda saxlamaq məsləhət görülmür.
“Rəf ömrünü uzatmaq üçün soyulmuş sarımsaq dişlərini zeytun yağına batırıb möhkəm bağlanmış şüşə qabda saxlamaq olar. Onlar həmçinin dondurulmuş, bütöv və ya dilimlənmiş ola bilər”, - deyə qidalanma mütəxəssisi izah edib.
Bundan əlavə, mütəxəssis çörəyi də soyuducuda saxlamamağı tövsiyə edib. Çünki soyuqda o da dadını və quruluşunu itirir. Şokoladın isə kəskin temperatur dəyişikliyi səbəbindən toxuması dəyişir.
Qamero onu da qeyd edib ki, yetişməmiş bananları soyuducuya qoysanız, bərk və dadsız ola bilər. Nəhayət, qəhvə soyuducuda saxlanılmamalıdır, çünki o, nəmliyi udur və aromasını, dadını itirir.
Baxış sayı:110
Bu xəbər 23 Noyabr 2024 03:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















