Soyuducuya isti yemək qoymayın SƏBƏB
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İsti yeməyi birbaşa soyuducuya qoymaq düzgün deyil. Bu vərdiş soyuducudakı digər qidaların daha tez xarab olmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu ahqda həkim Yelena Spetsenko lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, isti tava soyuducuya qoyulduqda cihazın daxilində temperatur yüksəlir. Bu isə süd, ət və digər tez xarab olan məhsullarda bakteriyaların çoxalmasına şərait yaradır.
İsti yemək həmçinin buxar buraxır. Nəticədə soyuducunun divarlarında və digər məhsulların üzərində kondensasiya yaranır. Artıq nəmlik isə kif və bakteriyaların yaranmasına səbəb ola bilər.
Spetsenko yeməyi soyuducuya qoymazdan əvvəl otaq temperaturunda təxminən iki saat soyutmağı tövsiyə edib. Bundan sonra yeməyi soyuducuda saxlamaq olar.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Avqust 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















