Icma.az
close
up
RU
Söyülmək xoş bir xatırə deyilki,xatırlayanda gülümsəyəsən Aqşin Dadaşoğlu yazır

Söyülmək xoş bir xatırə deyilki,xatırlayanda gülümsəyəsən Aqşin Dadaşoğlu yazır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mən öz ölkəmin siravi vətəndaşıyam.Siravi vətəndaş olsam da dünyada və ölkəmizdə gedən bütün siyasi və iqtisadi prossesləri öz siravi vətəndaş beynimlə araşdırıb, fikir bildirə bilirəm.Fikir bildirməmişdən qabaq isə papağımı qarşıma qoyub yazdığım hər hansı  statusu ,köşə yazısını  və yaxud şeiri bir daha incəliyrəm.Yazılarımı dönə¬- dönə redektə eləməyimin səbəbi isə yazdığıma görə söyülmək istəməməyimdir.Əsəbi adamam,söyülməyi heç xoşlamıram,necə deyirlər söyülməkdən qorxuram.Düzdü arada -bir  özüm də söyüş söyürəm.Hərdən oğlumu,kürəkənimi,həyat yoldaşım yanımda olmayanda qayınlarımı,bələdiyyə rəisinin “aftavadaşıyanı”nı,müdürün “suka”sını,polisin işverən əmisioğlunu ,”tpoy” mühəndisimi,poeziyadan xəbəri olmayan,ömründə bir kitab açıb oxumayıb şairlik,yazıçılıq eləyən məddah şair sürüsünü  söyürəm.Yəni mənim söyüş söymə auditoriyam necə deyərlər “özümkülərdən”,özüm kimi siravi adamlardan və xırda söyüşlərdən ibarətdir.

Feycbokda ilk dəfə bir yazıma  görə yaxşı söyülmüşüm.Hirsimdən qıpqırmızı qızarıb,həyətdə qaynamaq üzrə olan somavara möhkəm bir təpik də vurmuşdum.indi o somavarın əyilmiş tutağacını görəndə gülümsəyirəm.Amma tez özümü yığışdırıb ciddi görkəm alıram.Çün ki,söyülmək xoş bir xatırə deyilki,xatırlayanda gülümsəyəsən.

Söyülməyimə səbəb olan olan yazım isə belə idi.Yazmışdım ki,ölkəmizdə, ciddi təhsili və o təhsilə uyğun ciddi diplomu olan heç bir kəsin işsiz qalması mümkün deyil.Çün ki,savadlı gənclərimizin  xarici ölkələrə etdiyi beyin axınını və xarici ölkələrin ölkəmizdə etdiyi beyin oğurluqlarını nəzər alsaq savadlı adamın işsiz qalması qeyri mümükündür.Düzdür yerlibazlıqın və qohumbazlıqın tüğyan etdiyin bir ölkədə bunu yazmaq çox riskli məsələdi.Amma mən çalşdığım müəssədə işləyən,bir müddət işlədikdən sonra xarici ölkələrə və şirkətlərə axın edən savadlı gəncləri görüb belə yazmışdım.Biri yazdı ki,ay “əbləh” mənim 3 diplomum var,bazarda göyərti satıram,o biri yazmışdı ki “ay qoca sarsaq” ,mənim qımızı dilonum var, ( qırmızı diplom sözünü  qımızı dilon yazmışdı )amma “taksavatdıq” eləyirəm.Düzdür söyənlərin hamısına cavab verdim.Amma bu çox uzun ,üzücü və tərbiyəsiz bir  işdir.Elə bil ki,bir sürü küçə iti ilə dayanmadan ağız-ağıza hürüşürsən,sonra polis gəlib hərəmizin yanbızına bir yağlı təpik vurur,dağılışırsan. 

Söyənlərin ən kütünə deyirəm ki, nə olsun ki, göyərti satırsan.Sənin intellaktual səviyyən və beyninin göstəriciləri ancaq  göyərti satmağa çatır,yəqin ki, hansı yollasa ali məktəbə daxil olub oranı güc- bəla ilə bitirmisən.Hansısa tərbiyəli,savadlı,imkansız bir gəncin yerinə ali məktəbdə sən oxumusan.İndi də hansısa göyərtisatanın yerində göyərti satıb onun çörəyinə bais olursan. 

Azərbaycanda öz müstəqil fikirlərinə görə  söyülən saysız - hesabsız  adamlar var.Günahkar olub bir yaxşı işləyən,xalqı üçün çalışan bir millət vəkilinin və yaxud dövlət məmurunu tərifləyəsən.Ooo,həngamə ondan sonra başlayır.Dostluğumda olan olmayan bütün müxalifət “yandomca”ları  adamın üstünə cumur.Cumur nə cumur,cummur e qapır,dişləyir,mırıldayır.Sabah hansısa bir rüşvətxor  məmurun əleyhinə yazı yazsam həmən dəstə ilə oursan qardaş,abi,bratan,xlorsatan..Hamı səni tərifləyir,onlar üçün həmən mücahid,öndər, azadlıq aşiqi olursan.

Bir - iki gün bundan öncə Ulucay Akif adlı bir gənc yazarımız Tofiq Yaqublunun həbsxanada keçirdiyi aclıq aksiyası haqqında öz fikirlərini yazmışdı.Gəncin fikirləri ilə razılaşmayan bir çox adamlar az qalmışdı ki,Ulucayı söyüşlə daş-qalaq etsinlər.Dünən Tofiq Yaqublu aclıq aksiyasının dayandıran kimi,indi Ulucay Akifi zirvəyə qaldırıb deyirlər ki,gənc də olsa qardaşoğlu  nə isə bilirmiş..

Yaxın keçmişdə  bir yazımda Aqil Abbasın “ Dolu” romanı  haqqında müsbət fikirlərimi yazmışdım,Yəni kitabı oxuyub,bəyənib,bir oxucu kimi öz müsbət fikirlərimi bildirmişdim.Yahu,yahu, bax onda da babat söyülmüşdüm.Söyənlərdən birindən soruşuram ki,sən “Dolu” romanını oxumusan?

Deyir ki,roman nədi ee,mən heç dolu sözünün nə olduğunu,dolu sözünün mənasını bilmirəm.Başa salıram ki,”dolu-ilin isti dövründə topa yağış buludlarından buz halında təpəmizə  düşən yağıntı hadisəsidir.” “Dolu” romanında isə yazıçı dolunu birinci Qarabağ döyüşlərində ermənilərin xalqımızın başına dolu kimi tökdüyü “qrad”lara ,bombalara oxşadır.Cavab verir ki,mən səni, Aqil Abbasın kənd  camaatına soğan əkməyi tövsiyə etdiyi üçün söyürəm..

Ay kişi,Aqil Abbas bu tövsiyəni gecə səhərə kimi gic-gic seriallara baxan,gündüzlər isə çayxanalarda damino çırpıb,laqqırtı vuran bəzi kəndlilərə ünvanlıyıb.Sən harada yaşayırsan?

-Şəhərdə..

Yaxşı da bu soğan söhbətinin sənə nə dəxli var da,sən şəhərdə soğan əkənsən?

Bilirəm bu yazıma görə ola bilər ki,yenə söyüldüm.Amma kənd uşaqları demişkən məni söyəni,mən də söymüşəm..

Daha nə deyim ki?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri