Soyuq havada diş ağrısı niyə artır? Stomatoloq səbəbləri açıqladı
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Soyuq havalarda bir çox insan dişlərində qəfil, iti və ya sızıldayan ağrı hiss edir. Bunun əsas səbəbləri isə diş quruluşundakı həssas bölgələrin soyuqla təmasda qıcıqlanmasıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli soyuq havalarda anidən başlayan diş ağrılarından danışarkən bildirdi.
Onun sözlərinə görə, dişin üst qatını qoruyan mina düzgün olmayan fırçalama, turşulu qidalar və ya diş sıxma nəticəsində nazikləşəndə soyuq hava birbaşa dentinə təsir edir və ani ağrı yaradır:
"Diş ətinin çəkilməsi nəticəsində kök səthinin açılması da geniş yayılmış səbəblərdəndir, çünki bu hissə minayla qorunmur və ən kiçik soyuq toxunuşu belə siniri qıcıqlandıra bilər. Dentin qatında minlərlə mikroskopik kanal olduğu üçün soyuq hava bu kanallardakı mayenin hərəkətini dəyişdirir və sinirlərə ağrı siqnalı göndərir. Bəzən dişin üstü sağlam görünür, amma içəridə gizli karies və ya incə çatlar olur və bu zədələnmələr dişi soyuğa daha həssas edir".
Stomatoloq vurğuladı ki, soyuq ağrısının bir neçə saniyədən çox davam etməsi isə pulpada iltihab ehtimalını artırır.
"Çünki sinir toxuması soyuğa daha güclü reaksiya verir. Həmçinin yeni qoyulan dolğu və protezlər də müəyyən uyğunlaşma dövründə dişin soyuğa qarşı həssas olmasına səbəb ola bilər. Bu hal adətən bir neçə gün və ya həftə ərzində keçib gedir. Soyuqda yaranan diş ağrısını azaltmaq üçün vaxtında stomatoloqa müraciət etmək, karies və digər problemləri aradan qaldırmaq, həmçinin həssas dişlər üçün nəzərdə tutulmuş xüsusi diş pastalarından istifadə etmək faydalıdır", - deyə İdris Rəhimli vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Noyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















