Icma.az
close
up
RU
Qar mikrob və virusları öldürür?

Qar mikrob və virusları öldürür?

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

El arasında “qar yağanda mikroblar ölür” deyimi geniş yayılıb. İnsanlar hesab edirlər ki, qar yağışı havanı təmizləyir və xəstəliklərə səbəb olan mikrob və virusları məhv edir. Maraqlıdır, həqiqətən də qarın yağması xəstəlikləri azaldır?

Həkim-terapevt Günay Lətifova Metbuat.az-a açıqlamasında bildirib ki, havanın anidən dəyişməsi və insanların bu dəyişikliklərə tam hazır olmaması bir çox xəstəliklərin yayılmasına səbəb olur. Xüsusilə soyuqdəymə və digər infeksion xəstəliklər bu dövrdə daha çox müşahidə edilir:

“Bu xəstəliklərin müxtəlif müalicə üsulları mövcuddur. Əgər səbəb virusdursa, virus əleyhinə preparatlar qəbul edilir, əgər bakterial infeksiyadırsa, müvafiq müalicə tətbiq olunur. Bəzən el arasında qar yağdıqda mikrobların öldüyünə dair fikir formalaşır. Qar yağışı havanın müəyyən dərəcədə təmizlənməsinə kömək etsə də, mikrobların tamamilə məhv olması elmi cəhətdən sübut olunmayıb. Havanın çirklənməsinə təsir edən əsas faktorlar işləyən zavodlar, nəqliyyat vasitələri və digər sənaye mənbələridir. Qar yağışı bu çirkləndiricilərin havadan çökməsinə müəyyən qədər təsir göstərir və havanın müvəqqəti olaraq daha təmiz hiss olunmasına səbəb olur”.

Həkim qeyd edib ki, mikrobların azalması və ya tamamilə yox olması ilə bağlı konkret statistik və elmi məlumatlar mövcud deyil. Buna görə də qarın yağması havanın nisbi təmizlənməsinə səbəb olsa da, mikrobların tamamilə məhv olması və ya müəyyən xəstəliklərin azalması ilə bağlı fikirlər elmi əsaslara söykənmir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Fevral 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri