Soyuq havalara qarşı isti RESEPTLƏR Dünyanın ən məşhur qış içkiləri
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Dünyanın harasında olursa-olsun havalar soyumağa başlayanda həm yemək, həm də içmə vərdişləri qaçılmaz olaraq dəyişir. Daha ədviyyatlı və daha isti içkilərə keçərək isinməyə çalışırıq. Nəticədə, hər bir ölkənin iqliminə, zövqünə və mədəniyyətinə uyğun reseptlər ortaya çıxır.
Gəlin hər bir ölkənin qış aylarında nə içdiyinə birlikdə nəzər salaq.
Amerika – Eggnog: süd, yumurta, şəkər və vanil ilə hazırlanan bu qatı, qaymaqlı içki, muskat qozu əlavə edildikdə daha da ləzzətli olur. Qış üçün qidalı və doyurucu bir içki olan tərkibindəki yumurta ilə bəzilərini təəccübləndirə bilər, lakin dadı ilk qurtumdan sonra hər hansı bir qərəzli fikri aradan qaldıracaq.
Rusiya – Sbiten: Rus mətbəxində qış içkiləri ümumiyyətlə ədviyyat və bal əsaslıdır. Sbiten buna bir nümunədir. Su, bal, darçın və zəncəfilin qarışığı ilə hazırlanan sbiten, boğaz ağrısını sakitləşdirmək xüsusiyyətinə malik olduğu üçün sadə bir içkidən daha əhəmiyyətli hesab olunur. 
Avropa (əksər ölkələri) – isti şokolad: klassik isti şokoladla yanaşı, süd, darçın, kakao və ədviyyatlar ehtiva edən digər isti şokoladlar da sizi ilk qurtumdan isidəcək. 
Latın Amerikası ölkələri – Kola de Mono: süd, darçın, mixək, şəkər və vanil ilə hazırlanan məşhur qış içkisidir. Şirin olmaqla yanaşı, həm də acılı tamı var. 
Türkiyə – ənənəvi türk qəhvəsi yerini heç bir içkiyə vermir. Yanında rahatülqum və digər ləziz şirnilər qəhvəni daha da cazibədar edir.
Azərbaycanda isə ənənəvi çay, xüsusən də zoğallı, moruqlu çaylar insanları soyuq havalarda xəstəliklərdən qoruyur, həm də zövq verir. 
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 02 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















