Icma.az
close
up
RU
Soyuq havalarda uşaqlardakı oynaq ağrıları ciddi problemin əlaməti ola bilər AZƏRTAC

Soyuq havalarda uşaqlardakı oynaq ağrıları ciddi problemin əlaməti ola bilər AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Soyuq havalarda uşaqlarda oynaq ağrıları bir neçə səbəbdən yaranır. Bu ağrılar bəzən sadə, bəzən isə daha ciddi problemin əlaməti ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədov deyib.

Onun sözlərinə görə, soyuq hava əzələlərin və oynaqların sıxılmasına şərait yaradır: “Bu da öz növbəsində uşaqlarda diskomfort və ağrıya səbəb ola bilər. Havanın temperaturunun azalması qan dövranını zəiflədir. Nəticədə əzələ və oynaqlarda sərtlik, müxtəlif şiddətli ağrıların yaranması hissi yaradır. Xüsusilə 3-12 yaş arası uşaqlarda sürətli böyümə dövrlərində oynaq və əzələ ağrıları müşahidə edilir. Virus və ya bakterial infeksiyalar (qrip, soyuqdəymə və ya angina) zamanı immun sistemində bu infeksiyalarla mübarizə apararkən iltihabı reaksiyalar yaranır ki, bu da oynaqlarda ağrılarla nəticələnir”.

N.Məmmədov qeyd edib ki, revmatik qızdırma, juvenil revmatoid artrit kimi autoimmun xəstəliklər soyuq havalarda özünü daha çox büruzə verir: “Belə hallarda ağrılarla yanaşı, oynaqlarda şişlik, hərəkət məhdudiyyəti və ya temperatur da müşahidə edilir. Soyuq havalarda uşaqlar daha az hərəkət edir. Bu da əzələ sərtliyinə və oynaq ağrılarına səbəb olur. Fiziki aktivlik azaldıqda əzələ və oynaqlar yetərincə işləmədiyi üçün diskomfort yaranma ehtimalı artır. Bu zaman valideynlər uşağı isti geyindirib, onların oynaq bölgələrini soyuqdan qorumalıdırlar. Müntəzəm yüngül fiziki fəaliyyət uşağın əzələ və oynaqlarını hərəkətdə saxlayır. Eyni zamanda, D və digər vitaminlərə diqqət yetirmək vacibdir. Ağrılar davam edərsə və ya şişlik, hərəkət məhdudiyyəti kimi simptomlar müşahidə olunarsa, mütləq pediatr və ya uşaq revmatoloquna müraciət etsinlər. Bu səbəblər müvəqqəti olsa da, bəzi hallarda ciddi bir xəstəliyin əlaməti ola bilər. Belə hallarda erkən diaqnoz və müalicə çox vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri