Icma.az
close
up
RU
Soyuq Müharibənin ən qəribə cəbhəsi: KQB pandaları öldürdü

Soyuq Müharibənin ən qəribə cəbhəsi: KQB pandaları öldürdü

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Soyuq Müharibə illəri demək olar ki, bütün sahələrdə ABŞ və Sovet İttifaqının mübarizəsinə səhnə olub. Bu mübarizənin ən maraqlı sahələrindən biri isə Almaniyanın iki yerə bölünmüş paytaxtı Berlində yaşanıb. Nüvə silahları, hərbi və siyasi gərginliklərin kölgəsində gedən bu rəqabətin baş rolunda isə iki zopark vardı. Sherg.az maraqlı hadisəni təqdim edir.

İkinci Dünya Müharibəsinin Avropa cəbhəsində döyüş bitdikdə Almaniya iki yerə bölünmüşdü: Qərbi Almaniya Amerika idarəsinə, Şərqi Almaniya isə Sovet İttifaqının nəzarətinə keçmişdi. Soyuq Müharibənin başlaması ilə bu bölünmə daha da dərinləşdi və hər iki tərəf fərqli ideologiyalarla idarə olunan ölkələrə çevrildi. Qərbi Almaniya, Federal Almaniya Respublikası adı ilə Qərb dünyasının bir hissəsinə, Şərqi Almaniya isə Alman Demokratik Respublikası adı ilə Şərq Blokunun bir hissəsinə çevrildi. Bu bölünmə təkcə Almaniya ilə məhdudlaşmadı, paytaxt Berlin də Şərq və Qərb olaraq iki yerə ayrıldı. 1961-ci ildə Berlin Divarının tikilməsi bu bölünməni Soyuq Müharibənin ən simvolik hadisələrindən birinə çevirdi.

Şərqi və Qərbi Almaniya arasındakı “zopark müharibəsi” hər iki tərəfin Alman mədəni irsinə sahib çıxmaq istəyi ilə başladı. Alman mədəniyyətində heyvanlar və təbiət mühüm yer tuturdu. 1844-cü ildə Berlində açılan Zoologischer Garten Berlin (Berlin Zooloji Bağı) bunun ən mühüm simvollarından biri idi. O dövrdə dünyanın ən zəngin bioloji müxtəlifliyinə malik heyvanat bağı olan Zoologischer Garten İkinci Dünya Müharibəsində Müttəfiqlərin bombardmanına məruz qalmış, təxminən 3 700 heyvandan yalnız 91-i sağ qalmışdı. Şəhərin bölünməsi ilə Zoologischer Garten Qərbi Berlin sərhədlərində qalmışdı. Şərqi Almaniya isə Berlindəki yeganə heyvanat bağının Qərbi Berlində olmasına razı ola bilməzdi. Alman irsini davam etdirmək istəyən Şərqi Almaniya öz ərazisində mütləq heyvanat parkına sahib olmalı idi.


1955-ci ilə gəlindiyində Şərqi Almaniyanın Qərbə cavabı hazır idi. Şərqi Berlindəki Friedrichsfelde Sarayı ətrafında aparılan işlərdən sonra Tierpark Berlin açıldı. Avropanın ən böyük zoparkı olan bu kompleks Qərbdəki oxşarına nisbətən daha yeni və müasir görünüşə malik idi. Heyvanların saxlandığı sahələr də Qərbi Berlindəki Zoologischer Gartendən xeyli geniş idi. Tierpark Berlin bu görünüşü ilə rəqibindən təxminən üç dəfə böyük idi. Şərqi Almaniya hökumətinin xalqına mesajı açıq idi: “Azad görünməlidir; hər kəsin kifayət qədər yeri var.”

Şərq və Qərb Berlin arasındakı zopark rəqabəti bununla məhdudlaşmadı. Zoologischer Gartenin rəhbəri ilə Tierparkın rəhbəri arasında sanki “heyvan toplama yarışı” başladı. ABŞ və Sovet İttifaqı arasındakı nüvə rəqabətinin ən gərgin olduğu illərdə Şərq və Qərb Berlin heyvanat bağları da daha çox növ sərgiləyə bilmək üçün yarışırdı.

Hər iki heyvanat parkında da Berlinin simvolu olan ayılar var idi. Növ toplama yarışı ideoloji mübarizəyə çevrildiyi üçün bəzən fərqli dövlət qurumları tərəfindən maliyyələşdirilirdi. Şərqi Berlindəki Tierparkdakı ayılar Şərqi Almaniya kəşfiyyatı STASI-nin büdcəsi ilə alınmışdı. Rəqabət, fərqli ölkələrdən gələn hədiyyələrlə də qızışırdı. Vyetnamlı kommunist lider Ho Şi Min, Tierpark Berlində sərgilənməsi üçün Şərqi Almaniyaya iki yaşında fil hədiyyə etmişdi.


1962-ci ildə ABŞ prezidenti Con F. Kennedinin qardaşı və ABŞ baş prokuroru Robert F. Kennedi Qərbi Berlindəki Zoologischer Gartenə ABŞ-ın simvolu olan ağbaş qartal bağışladı. Qartal iki il sonra müxtəlif xəstəliklərdən ölmüş olsa da, bu, bir müddət Qərbi Berlinlilərdən gizlədildi. Daha gənc bir qartal Kennedinin bağışladığı quşun yerinə qoyularaq xalqa göstərildi. Çindən Qərbi Berlina hədiyyə edilən Tjen Tjen adlı panda isə 1984-cü ildə öldüyündə, KQB-nin pandanı “kommunist Şərq əvəzinə Qərbi Berlinə getdiyi üçün öldürdüyü” barədə şayiələr yayıldı. Halbuki panda viral infeksiya səbəbindən ölmüşdü.


1989-cu ildə Sovet İttifaqı üçün yolun sonu görünməyə başlamışdı və bunun ən açıq göstəricisi də Berlin Divarının yıxılması oldu. Divar yıxıldıqdan bir il sonra, 1990-cı ildə Şərqi və Qərbi Almaniya birləşdi. 1991-ci ildə Sovet İttifaqı rəsmən dağıldı və Soyuq Müharibə sona çatdı. Divar yıxıldıqdan sonra şəhərdə iki heyvanat bağının olması “artıqlıq” kimi görüldü və hansının bağlanacağı barədə böyük mübahisələr yaşandı. Lakin bu mübahisələr nəticəsiz qaldı və hər iki heyvanat parkının açıq qalmasına qərar verildi. Bu gün Berlindəki iki heyvanat parkı Soyuq Müharibə və bölünmə dövründən qalan ən canlı izlərdən biri kimi fəaliyyətini davam etdirir. Şəhərdə heyvanat parkları kimi bənzər hekayələrə malik muzeylər, opera binaları, stadionlar və bir çox digər tikililər də hələ ayaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see223

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri