Icma.az
close
up
RU
Fantastikanın sərhədində: KİV Soyuq müharibənin ən maraqlı tanklarını açıqladı

Fantastikanın sərhədində: KİV Soyuq müharibənin ən maraqlı tanklarını açıqladı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1947–1991-ci illəri əhatə edən Soyuq müharibə dövrü SSRİ və ABŞ arasında texnoloji yarış meydanına çevrilmişdi və bu mübarizədə tanklar xüsusi yer tuturdu. Nüvə müharibəsi təhlükəsinə baxmayaraq, zirehli texnikanın inkişafı dayanmadı – əksinə, mühəndislər döyüş maşınlarını daha sürətli, daha effektiv və bəzən sadəcə inanılmaz dizaynlı etməyə çalışırdılar. 

Qaynarinfo xəbər verir ki, "SlashGear” həmin dövrün ən maraqlı tanklarını təqdim edib:

Archer – britaniyalı mühəndislərin cəsarətli gedişi

İkinci Dünya müharibəsi zamanı yaradılan və Soyuq müharibə dövründə də istifadə edilən Archer tankının fərqliliyi onun topunun arxaya istiqamətlənməsində idi. Bu xüsusiyyət "vur və qaç” taktikasına üstünlük verirdi – tank geri çəkilərkən dönməyə ehtiyac duymurdu.

M67 Zippo – gözündən qaçmaq mümkün olmayan alov püskürən tank

Amerikanın Zippo adlı tankı məşhur çaxmaqdan ilhamlanaraq adlandırılmışdı. Xarici görünüşcə 90 mm-lik adi topa bənzəsə də, əslində bu, düşmən mövqelərini saniyələr içində yandırmağa qadir olan alov püskürən tank idi.

Stridsvagn 103 – qülləsiz, amma xarakterli tank

İsveç istehsalı olan Strv 103 dünyada qülləsiz ilk tank idi. Top sabit vəziyyətdə idi və nişan almaq üçün bütün korpus hərəkət etdirilirdi. Turbin mühərriki və alçaq silueti bu tankı həm aşkarlanmaz, həm də izsiz edirdi.


M60A2 Starship – amerikalı raket-tank

"M60A2 Starship” qeyri-rəsmi olaraq "Ulduz gəmisi” adlandırılırdı. Bu tank 152 mm-lik top-raket buraxıcıya malik idi və həm adi mərmilər, həm də idarə olunan raketlər ata bilirdi. Amma mürəkkəb texnologiyası və təhlükəli geri təzyiq səbəbilə geniş tətbiq olunmadı.


T95 – məsafəölçmə texnologiyasının sınaq meydanı

Amerikanın T95 tankı yeni texnologiyalar üçün sınaq platforması idi. Onun OPTAR adlı məsafəölçən sistemi işıq impulsları vasitəsilə hədəfləri müəyyənləşdirməyə çalışırdı. Sistem etibarsız olsa da, gələcəkdə M1 Abrams üçün lazer məsafəölçənlərin yaradılmasına yol açdı.

Chrysler TV-8 – UFO-ya bənzəyən tank

Yumurta formalı qülləyə malik bu eksperimental tankda ekipaj, sursat və mühərrik bir yerdə yerləşirdi. Maşın yalnız videokameralarla idarə olunurdu. Dizaynı onu nüvə partlayışının zərbə dalğasından qorumaq üçün nəzərdə tutulmuşdu. Amma layihə taxta modeldən o tərəfə keçmədi.


Obyekt 279 – SSRİ-nin atom təhdidinə cavabı

Dörd tırtıllı və aerodinamik gövdəli bu sovet tankı nüvə partlayışının zərbəsinə tab gətirmək üçün hazırlanmışdı. Lakin mürəkkəb texniki quruluşu və çətin texniki xidməti onu seriyalı istehsaldan kənar qoydu.

1K17 "Sıxılma” – lazer silahlı tank

Qərbdə Stiletto kimi tanınan bu məxfi sovet layihəsi adi top əvəzinə lazer sistemindən istifadə edirdi. Məqsəd – düşmən raket sistemlərinin optik mexanizmlərini sıradan çıxarmaq idi. Bu ideya fantastik görünsə də, bir neçə prototip həqiqətən hazırlanmışdı.


Zamanını qabaqlayan texnologiyalar

Bu tankların əksəriyyəti kütləvi istehsala və ya real döyüşlərə çatmasa da, hər biri hərbi tarixdə iz qoyub. Onlar mühəndislərin yeni dövrün çağırışlarına verdiyi yaradıcı cavabları təmsil edir. Nüvə müharibəsi təhlükəsinin real göründüyü dövrdə bu tanklar sadəcə zirehli maşınlar deyil, həm də təhlükəli dünyada təhlükəsizlik axtarışının və texnoloji inamın simvolu idilər.


Tankların gələcəyi: Ukrayna təcrübəsi

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatçılar Şurasının sədri İvan Timoçko bildirib ki, müasir döyüş meydanında zərbə dronlarının üstünlüyünə baxmayaraq, tankların döyüşdən silinməsi hələ tezdir. Onun sözlərinə görə, tanklar piyadanın dəstəklənməsi, düşmənin atəş nöqtələrinin və ön xəttdəki mövqelərinin məhv edilməsi üçün istifadə olunur. Hazırda tanklar kolona ilə tətbiq olunmur, lakin şəhər döyüşləri və ya müəyyən obyektlərdə çoxsaylı düşmənə qarşı sürətli reaksiya üçün çox effektiv qalırlar.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri