Soyuq su içmək vərdişindən niyə imtina etməliyik? Açıqlama
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qastroenteroloq Yevgeniya Melnikova yeməyi soyuq su ilə içmək vərdişindən imtina etməyi tövsiyə edib. O bildirib ki, bu vərdiş həddindən artıq qaz əmələ gəlməsinə səbəb olur.
Redaktor.az xəbər verir ki, məlumat lenta.ru-da yayımlanıb.
“Yeməyi soyuq su ilə içmək normal həzm prosesini pozur. Soyuq mədə divarlarının yığılmasına səbəb olur, nəticədə mədə şirəsi ilə kifayət qədər qarışdırılmayan qida çox tez bağırsağa keçir. Bunun nəticəsində şiddətli şişkinlik və qaz əmələ gəlir.”
Melnikova əlavə edib ki, bu vərdişdən irəli gələn başqa problem isə toxluq hissinin gec yaranmasıdır. Bu da artıq yemək riskini artırır və zamanla artıq çəki və piylənməyə səbəb ola bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















