Soyuqdəymənin qənimi: 15 dəqiqəyə hazırlanan MÖCÜZƏ
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Soyuq qış aylarının ən əvəzedilməz yeməklərindən biri də "əvəlik şorbası"dır. El arasında şəfa mənbəyi kimi dəyərləndirilən bu yemək zökəm və soyuqdəymənin təbii dərmanı kimi tanınır. Yeməyi müalicəvi edən əvəlik bitkisidir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq saç hörüyü, yaxud yarpaq şəklində qurudularaq saxlanılır.
Ölkə.az əvəlikli-əriştəli şorbanın bişirilmə qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
- 3 ədəd baş soğan
- 100 qram yağ
- 100 qram maş lobya
- 200 qram un
- bir boşqab qurudulmuş əvəlik
- qaynar su
Yeməyi hazırlamaq üçün əvvəl maş lobya suda qaynadılır. Sonra əvəlik yumşalması üçün qaynar suda isladılır. Bundan sonra 1 kündəlik xəmir yoğurulur və əriştə kəsilir. Əriştə üçün hazırlanan xəmirin bir qədər bərk olması məsləhətdir. Əriştə kəsiləndən sonra üzərinə un səpilərək qarışdırılır ki, qaynar suda bir-birinə yapışmasın.
Əriştə hazırlandıqdan sonra yağ-soğan edilir. Hazır olandan sonra üzərinə qaynanmış su tökülür. Qaynayan suya maş lobya əlavə edilir. Ardınca əvvəlcədən isladılmış əvəlik sıxılıraraq qazana tökülür.
Qazanın qapağı örtülü halda 10 dəqiqə əvəliyin bişməsi gözlənilir. Daha sonra qazana kəsilmiş əriştə və duz əlavə edilirək vam odda 5 dəqiqə qaynadılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Dekabr 2025 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















