Icma.az
close
up
RU
Söyüş söydüyünə görə vintaçanla vurdum Salam almaq üstündə qətl

Söyüş söydüyünə görə vintaçanla vurdum Salam almaq üstündə qətl

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Əliyev Vüqar Əjdər oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilkin olaraq dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib. Məlum olub ki, hadisə şəxsi münasibətlər zəmində baş verib və Vüqar Rasim Əhmədovu vintaçanla  vurub öldürüb. Həmçinin məlum olub ki, Vüqar Əliyev əvvəllər narkotik vasitələrin istifadəsi maddəsi ilə məhkum olunub.
Məhkəmənin növbəti gedişində hakim Vüqar Əliyevin təqsirli olub-olmamasını soruşub. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü tam təqsirli bilib. İfadə verərək bildirib ki, hadisə törədən zaman hər ikisi içkili olub: "Mən işdən evə gedirdim, mebel sexində işləyirdim. Sabunçu vağzalının yanındakı marketdən çörək alıb çıxdım, Rasimin yanındakı oğlan mənə salam verdi. Mən də salamı aldım. Rasim mənə dedi ki, niyə mənimlə belə kinli danışırsan? Dedim niyə kinli danışıram, sadəcə salamı bir az gec aldım.   Mənimlə söyüşlə danışdı. Mən neçə dəfə xəbərdarlıq etdim ki, mənimlə söyüşlə danışma. Gördüm yenə təhqir edir ondan sonra üstümdə olan selofandan vintaçanı çıxarıb Rasimi vurdum".
Sonra zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov Vüqarın gecə saat 12-də orda nə iş gördüyünü soruşdu. 
Təqsirləndirilən şəxs mebel sexinin o zaman işləmədiyini dedi: "Ancaq mən sifarişlə evdə mebel yığırdım. Ev yiyəsi mənə qonaqlıq verdi".
Sonra hüquqi varis Etibar Əhmədov ifadə verərək bildirib ki, ona oğlunun vurulmasını evdə olan zaman xəbər ediblər: "Oğlum Rasim əvvəllər dava-dalaş maddəsi ilə məhkum olunub, 9 il həbsdə olub, həbsdən təzə çıxmışdı. Mənə dedilər Rasimi xəstəxanaya aparıblar, kimsə vurub. Bu Vüqar onu niyə öldürüb mən hələ də bilmirəm. Vüqara ən ağır cəza verilsin, barışmamışam, şikayətçiyəm".
Dünyasını dəyişən Rasim Əhmədovun anası Vüqarın gözlərinin çıxarılmasını hakimdən tələb etdi. 
Məhkəmə prosesi dekabr ayının 10-na kimi təxirə salınıb. 

Xatırladaq ki, iyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib.
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see390

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see190

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see109

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri