Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

SÖZ AZADLIĞI BALDAN DA ŞİRİNDİR

SÖZ AZADLIĞI BALDAN DA ŞİRİNDİR

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada şirin şeylər çoxdur və o şirin şeyləri yada salanda istər-istəməz insanın ürəyinə, qəlbinə bir işıq, bir nur gəlir. Vətən şirindir, ana şirindir, baba şirindir və nəvələr lap şirindir. Amma dünyada  lap şirin bir şey də var ki, o olmayanda insanlar özlərini kor, kar, lal kimi hiss edir. O şirin sözün adı isə Söz azadlığıdır. Və söz azadlığı bal kimi şirindir. Elə ki onun dadını bir dəfə hiss etdin, ömrün boyu yaddan çıxarmayacaqsan. Hava, su, çörək sənə nə qədər lazımdırsa, bax, söz azadlığı da bir o qədər insana vacibdir. 

Amma indi gəlin görək dünyanın hər yerində söz, mətbuat, fikir və düşüncə azadlığı varmı? Təbii ki, bu suala  birmənalı cavab vermək mümkün deyil. Dünyada ən çox söz və mətbuat azadlığı, demokratik ənənələr və düşüncə azadlığı ilə öyünən Avropa ölkələri və bir də ABŞ-dır. Təbii ki, həmin ölkələrdə söz azadlığı da olub, demokratik  dəyərlərə də önəm verilib və ən nəhayət, insanlar insan kimi yaşamağı öyrəşiblər. Bir dəfə Avropada olan hər hansı bir insan o dəqiqə orda təmiz havanın, təmiz düşüncənin, söz və düşüncə sərbəstliyinin şahidi olur. Və bir də onun şahidi olur ki, orda kimliyindən asılı olmayaraq, hamı qanuna  tabedir. Əgər qanunu pozursansa onun məsuliyyətini daşıyacaq və ağırlığını hiss edəcəksən.
Azərbaycanda zaman-zaman söz və mətbuat azadlığına böyük önəm verilib. Biz bunu yalnız müstəqillik dövründə görmüşük, hiss  etmişik və duymuşuq. Düzdür, Sovet  dönəmində də mətbuat, televiziya və qəzetlər  vardı. Amma orda tamamilə başqa bir şərait, başqa bir vəziyyət hökm sürürdü. Bütün Kütləvi İnformasiya Vasitələri senzuranın nəzarəti altındaydı. Sovet rejiminin əleyhinə istər mərkəzi mətbuatda, istərsə də rayon qəzetlərində açıq tənqid  olsaydı həmin mətbuat  orqanlarının rəhbərlərini   çarmıxa çəkərdilər. Bu da olmasa ən azından onlar vəzifədən azad edilər və Sov.İKP sıralarından xaric olunardılar. Ona görə də həmin rejimin vaxtında redaktor işləyən jurnalistlər hər qəzet materialının üstündə yarpaq kimi əsir, birdən «dövlətin əleyhinə  yazılar olar» deyin adi xəbərdən tutmuş böyük yazılara qədər hamısını bir-bir oxuyardı. 

Elə ki müstəqillik dövrünə qədəm qoyduq, Azərbaycanda da birmənalı olaraq söz, mətbuat, fikir plüralizminə «yaşıl işıq» yandırıldı. Aydındır ki, bu mühiti  yaradan yeni cəmiyyət, demokratik prinsiplər və ölkənin müstəqilliyi idi. Çünki artıq  Azərbaycan SSRİ-nin tərkibindən çıxmış və azad, suveren bir ölkə olmuşdur. Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycanda demokratik prinsipləri, insan hüquqlarını və eləcə də söz, mətbuat, düşüncə azadlığını yenilədi. Bu addımın atılması dövlət başçısından çox böyük cəsarət tələb edirdi. Çünki biz birdən-birə mətbuat bolluğunu, söz azadlığını görməmişdik və bu olandan sonra hətta bir çoxları yollarını çaşdılar. Lakin buna baxmayaraq, Azərbaycan demokratik, dünyəvi və sivil  dövlət olduğuna görə fikir, düşüncə azadlığı üçün heç kimə irad tutulmurdu. Heç şübhəsiz, bütün bu prinsiplərin həyata keçirilməsi ölkəmizdə sağlam mühit yaradır, insanları azad və rahat yaşamağa ruhlandırır və cəmiyyətdə çox aydın bir vəziyyət yaranırdı. 

Ulu Öndər Heydər  Əliyev hakimiyyətə gəldikdən bir müddət sonra dəfələrlə mətbuat nümayəndələri ilə görüşlər keçirdi. Həmin görüşlərdə qəzet təsisçiləri, redaktorlar, jurnalistlər Ulu Öndərdən  bir xahiş etdilər ki, 30-a yaxın qəzetin «Azərbaycan» nəşriyyatına borcu var. Ona görə  də həmin qəzetlərin  bir az çapı ləngidilir, ya da müəyyən vaxt qoyulur. Ulu Öndər jurnalistlərin  həmin fikirlərinə hörmətlə yanaşdı, aidiyyatı qurumlara göstəriş verdi, ictimai rəyə  təsir edən tanınmış  qəzetlərin  nəşriyyata borcları ləğv edildi. Əgər bu borclar həmin vaxtlar ləğv edilməsəydi 30-a yaxın ictimai rəyə təsir edən və oxucular  tərəfindən hörmətlə qarşılanan qəzetlərin çapı  dayandırılacaqdı. Belə bir imkanın yaradılması heç şübhəsiz, redaktorlara və qəzet təsisçilərinə də bir rahatlıq gətirdi. Onlar bu addıma görə Ulu Öndərə öz təşəkkürlərini bildirdilər. 

Sonrakı illərdə Azərbaycanda qəzetlərin sayı daha da artdı. Beş mindən çox qəzetin çapına icazə verildi. Aydındır ki, onların  bəziləri çıxa bilməsə də əksəriyyəti nəşr edilirdi. Bununla yanaşı, çoxlu sayda saytların, özəl televiziyaların və digər informasiya vasitələrinin işıq üzü görməsi  cəmiyyətdə sağlam mühit yaratdı. Və buna görə insanlar istər-istəməz dövlətə və Ulu Öndər Heydər Əliyevə minnətdar idilər. 

Bütün bunlar onu göstərirdi ki, Azərbaycan demokratik yolla gedir, söz və mətbuat azadlığı, düşüncə sərbəstliyi sahəsində olan mövcud nöqsanları vaxtında aradan qaldırır. Bütün bu yeniliklər və sağlam mühit  Avropa təşkilatları tərəfindən də yüksək qiymətləndirilirdi. Çünki onların nümayəndələri Azərbaycana gəlib Sovet rejimindən fərqli olaraq demokratik mühiti görür və azad mətbuatın çapının  şahidi  olurdular.

Prezident İlham Əliyev tərəfindən də hakimiyyətə gəldiyi ilk gündən mətbuata, söz azadlığına, fikir plüralizminə və düşüncə sərbəstliyinə sağlam mühit yaradılıb. O mühit ki insanlar sosial şəbəkələrdə, saytlarda, özəl  televiziya kanallarında və çap mətbuatında hər bir Azərbaycan  vətəndaşı bu yeniliyi çox asanlıqla hiss edir və onun içində olur. 

Azərbaycan mətbuatının  daha da inkişaf etməsi üçün prezident İlham Əliyev onlara  böyük dəstək verdi. Bu dəstək həm maddi, həm də mənəvi dəstək idi. Və dəfələrlə  də Azərbaycan mətbuatı prezident İlham Əliyevi «Mətbuatın dostu» mükafatına layiq görüb. Cənab Prezident də bu mükafatı çox yüksək qiymətləndirdi və çıxışlarında dedi ki, mən dostluqda  çox sədaqətliyəm. 

Bəli, Cənab Prezident İlham Əliyev  dostluqda çox sədaqətlidir, çünki bu gün də prezident Azərbaycan mətbuatına və jurnalistlərə arxa durur, həmin qəzetlərin çap olunması və yaşaması üçün maddi dəstəyini əsirgəmir. Təbii ki, bunu biz jurnalistlər də yüksək qiymətləndirir, dövlətçiliyə, prezidentə və  xalqa sədaqətini öz əməli işlərimizlə göstəririk. Yəni hər bir jurnalist  ədalətli, obyektiv  mövqeyi ilə vicdanlı sözə və ədalətə xidmət etməlidir. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Mart 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri