Icma.az
close
up
RU
Qərbdə olmayan SÖZ AZADLIĞI TƏHLİL

Qərbdə olmayan SÖZ AZADLIĞI TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Cinayətkarlar onları cinayətkar adlandıranlardan hər zaman yaxa qurtarmağa çalışırlar. Ələlxüsus da belə bir “xüsusiyyət” Qərb üçün xarakterikdir. Yəni, Qərb özünü dırnaqarası da olsa, “sivilizasiya ocağı” kimi göstərməyə nə qədər çalışsa da, reallıqlar tamamilə fərqlidir və görünən odur ki, nə qədər söz azadlığından dəm vurulsa da, Qərbdə azad sözə nə məhəl qoyulmur, nə də heç ümumiyyətlə, hesaba da alınmır. Əksinə, belə məlum olur ki, azad sözü elə yerindəcə “boğmaq” ön planda durur, hansıki bunu təsdiq edən kifayət qədər faktlar var və belə faktlar, ələlxüsus da jurnalistlərə qarşı terrora əl atılması dünya ictimaiyyəti üçün heç də gizli qalmır...

“Hədəf” lap əvvəlcədən müəyyən olunubsa, özü də məhz televiziya şirkətinə məxsus avtomobil seçilibsə, deməli, hər şey bəllidir

Diqqətə çatdıraq ki, bu ilin 24 mart tarixində Luqansk Xalq Respublikasında “Zvezda” televiziya şirkətinə məxsus avtomobilə Amerika Birləşmiş Ştatlarının istehsalı olan iki uzaqmənzilli raket atılıb. Belə bir “həmlə” faciə ilə nəticələnib. Beləki, raket zərbəsi nəticəsində operator Panov və sürücü Sirkeli həlak olub, müxbir Qoldin isə ağır yaralanıb. Maraqlıdır, belə bir faciəyə Qərb indi hansı “donu” geyindirmək fikrindədir? Yaxud, televiziya şirkətinə məxsus avtomobili “nişan almaq” necə və hansı əsasla “izah” oluna bilər? Ümumiyyətlə, bunun izahı ola bilərmi? Hər halda, televiziya şirkətinə məxsus avtomobilin “hədəfə” alınması diqqətdən yayına bilməz və bunun arxasında nələrin olduğu kifayət qədər düşündürücüdür.

Əvvəla, belə bir hədəfin seçilməsi olduqca böyük maraq doğurur. Niyə məhz “Zvezda” televiziya şirkətinə məxsus avtomobil hədəfə alınıb? Məqsəd və niyyət nə olub? Axı, hər halda, bu “atış” səbəbsiz ola bilməz. Həm də, artıq hamı çox yaxşı bilir ki, bu cür raketlərin hədəfləri məhz onları istehsal edən ölkənin kəşfiyyatı tərəfindən lap əvvəlcədən müəyyən edilir. Bu faktı siyasətçilər, politoloqlar özləri də tam çılpaqlığı ilə ifadə edirlər. Lap elə açıq mətnlə də bunu bildirirlər. Qalır bircə dənə etiraf etmək. Amma çətin ki, həmin o uzaqmənzilli iki raketi atanlar belə bir etiraf edələr. Əslində, heç bir etirafa da ehtiyac yoxdur. Əgər raketlərin atılması nəticəsində faciə baş veribsə, özü də məhz televiziya şirkətinə məxsus avtomobildə “qurbanlar” olublarsa, hansısa bir etirafın olub-olmamasına qətiyyən ehtiyac duyulmur, çünki onsuz da hər şey bəllidir.

Bütün dünya ölkələrinə söz azadlığı ilə bağlı az qala “öhdəçilik” qoyan Qərb üçün səbəbkarı olduğu jurnalist ölümləri heç də “təsirli” olmayıb

Xatırlatmaq yerinə düşərdi ki, “İzvestiya”nın Krımdan olan müxbiri, hərbi jurnalist Fedorçak da eyni şəkildə hədəf olaraq seçilib və bu səbəbdən də həlak olub. Doğrudur, Krımın rəhbəri Aksyonov onu ölümündən sonra “vəzifəyə sədaqətinə görə” respublika ordeni ilə təltif edib. Hətta, Simferopol teleqülləsinin işıqlandırmasında Fedorçakın portreti təsvir olunub və onun ölümü ilə bağlı mesaj da yer alıb. Amma nə portret, nə də mesaj görünür, kimlər üçünsə zərrə qədər də təsirli olmayıb. Hər halda, təsirli olmuş olsa idi, bunu kimsə “duyar”, kimsə bununla bağlı hansısa formada ən azından “tədbirli” olardı. Məsələ burasındadır ki, hələ də həmin hadisə sanki, adi hal kimi qəbul edilir və barəsində düşünmək belə istəyən yoxdur.

Görünən odur ki, Qərb jurnalistlərə tamamilə sayqısız yanaşır və sonra da utanmadan, qızarmadan söz azadlığından dəm vurur. Ən acınacaqlısı odur ki, ən xırda cəza tədbiri belə görülməyib. Heç tədbir gürüləcəyinə ümidin belə olması da müşahidə edilmir. Maraqlıdır, niyə və nəyə görə bu qədər ölüm hadisəsinə səbəb olan “hücumlar” barədə Qərbdə düşünən yoxdur? Özü də məhz jurnalistlərin hədəfə alınması “daha ciddi yanaşma” tələb etdiyi halda, heç nə olmamış kimi davranılır və elə təəccüb doğuran da budur. Yəni, Qərb ümumiyyətlə, azad söz barədə eşitmək belə istəmirmi? Yoxsa, söz azadlığı dedikləri ancaq başqalarına aiddir? Belə məlum olur ki, bütün dünya ölkələrinə söz azadlığı ilə bağlı az qala “öhdəçilik” qoyan Qərb üçün səbəbkarı olduğu jurnalist ölümləri heç də “təsirli” olmayıb.

İnformasiya məkanını “təmizləmək” üçün həyata keçirilən dırnaqarası “sistemli, planlı iş”, informasiya məkanına hücum

Açıq və aydın şəkildə görünür ki, terrorçular hər yerdə jurnalistləri hədəfə alıblar və bir növ “ovlamaqla” məşğuldurlar. Faktlar kifayət qədər çoxdur və günü-gündən də artır. Amma həmin faktlara görə cavab vermək “istəyi” azalmaqdadır. Xatırladaq ki, martın 26-da Belqorod vilayətində Birinci Kanalın hərbi müxbiri Prokofyeva ukraynalı yaraqlılar tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub, operator Volkov isə ağır yaralanıb. Bəli, Rusiya İstintaq Komitəsi “terrorçuluq” maddəsi ilə cinayət işi açıb. Mütəxəssislər açıq şəkildə bildirirlər və əmindirlər ki, hərbi müxbir Prokofyeva terrorçuların jurnalistlərə qarşı etdikləri “ov” hədəfi, qurbanı olub.

Təbii ki, Rusiya rəsmilərinin buna münasibət bildirməsi də gözlənilən idi. “Bu, sadəcə olaraq, lazım olan hücum deyil, deyək ki, bu günlərdə Ər-Riyadda təmaslar və danışıqlar prosesi ilə bağlı həyata keçirilən digər hücumlar kimi, eyni ilə Kiyev rejiminin informasiya məkanını təmizləmək üçün həyata keçirdiyi sistemli, planlı işdir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarova bəyan edib. Bəli, açıq şəkildə bəyan edilib ki, bu, informasiya məkanını təmizləmək üçün həyata keçirilən “sistemli və planlı işdir”. Deməli, tam əminliklə bildirilir ki, bu, informasiya məkanına hücumdur. Bir qədər öncə qeyd etdiyimiz kimi, siyasətçimlərin, politoloqların, eləcə də mütəxəssislərin rəyinə görə, raketlərin hədəfləri məhz onları istehsal edən ölkənin kəşfiyyatı tərəfindən lap əvvəlcədən müəyyən edilirsə, deməli, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova tamamilə haqlıdır.

Jurnalistlərin “hədəf” olaraq seçilməsi, informasiya məkanına hücum məhz söz azadlığının Qərbdə olmaması qənaətinə əsas verir

Heç şübhəsiz ki, hətta terrorçuları cəlb edənlər də artıq öz cinayətlərini tamamilə görməməzlikdən gələ bilməzlər. Əvvəla, ona görə ki, faktlar kifayət qədər çoxdur və reallıqlar da göz önündədir. Digər tərəfdən də axı bu qədər cinayətləri görməməzliyə vurmaq absurddur. Xüsusən də, edilən cinayətlər məhz jurnalistlərə qarşı edilirsə, əksini fərz etmək belə mümkün deyil. Çünki mətbuat məhz zamanın güzgüsüdür və jurnalistlər də cəmiyyətdə olan bütün məsələləri məhz özləri işıqlandırırlar. Belə olan halda, hansı gizli addımdan söhbət gedə bilər və buna nə dərəcədə nail olunacağı qənaəti yarana bilər? Azad sözə qarşı atılan addımların cavabsız qalacağını düşünənlər yanılırlar. Qərb özündə olmayan söz azadlığına görə cavab verməli olacaq. Jurnalistlərin “hədəf” olaraq seçilməsi, informasiya məkanına hücum məhz söz azadlığının Qərbdə olmaması qənaətinə əsas verir.

Diqqətə çatdıraq ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, yəni, ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi terrora məruz qalan, buna görə də həyatını itirən jurnalistlərin yaxınlarına və yaralananlara başsağlığı verib, amma hələ buna görə cavab verilməyib. "Hər bir mülki şəxsin ölümü, o cümlədən bir jurnalistin ölümü faciədir. Mən bir daha jurnalistlərin azad və təhlükəsiz öz işlərini yerinə yetirmələri üçün ATƏT-in öhdəliklərinə əməl etməyə çağırıram", deyə ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi bildirib. Maraqlıdır, o kimə çağırış edir? Niyə birbaşa “ünvanı” göstərmir? Ümumiyyətlə, nə üçün ancaq “faciədən” danışır və nəyə görə cinayətdən danışmır? Nə üçün buna cinayət demir? Axı, həqiqətən də çinayətdir. Özlərini elə göstərirlər ki, guya başa düşmürlər. Axı bütün bunlar söz azadlığına qarşıdır və görəsən etiraf etmək istəmirlərmi ki, jurnalistlərə edilən “hücumlar” məhz Qərbdə olmayan söz azadlığı səbəbindədir və azad sözə imkan verilmədiyinin, qarşısının alınması cəhdlərinin təzahürüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see287

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see276

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see238

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see221

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see205

Gənc ana və oğulları

09 İyun 2026 03:48see202

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see196

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see196

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see180

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see178

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see174

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see170

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see169

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see168

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see162

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see154

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see153

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see152

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see151

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri