Icma.az
close
up
RU
Söz dünyasının böyük ustadı

Söz dünyasının böyük ustadı

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət başçısının Sərəncamına əsasən, Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Sərəncamda qeyd olunduğu kimi,

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Azərbaycanın çağdaş poeziyasının fəlsəfi fikir tarixində özünəməxsus ideoloji bir xəttə malik müdrik şəxsiyyət, xalq şairi Bəxtiyar Vahabzadə əsrlər üçün əhəmiyyət kəsb edə biləcək əsərlərin müəllifi kimi yaddaşlarda iz salıb. Xalq şairi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan tanınmış sənətkarlardandır. Onu haqlı olaraq, çağdaş milli şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarıməsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ailəsilə birlikdə Bakıya köçən Bəxtiyar Vahabzadə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. O, universitetin aspiranturasında saxlanılmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

AZADLIQ VƏ VƏTƏN SEVGİSİ

Sənətkar keçdiyi ömür yolunun hər mərhələsində böyük amalların, məsləklərin gerçəkləşməsində ömrünü şam kimi əritdi. "Şam əgər yanmırsa, yaşamır demək" deyən şair bir ömrün keşməkeşli, əzablı yollarında yaşayarkən yanmağın kökünü həyat eşqində, vətənə bağlılıqda dərk edirdi. Qətiyyətlə deyə bilərik ki, Bəxtiyar Vahabzadə qələmə güc verdiyi zamandan ideoloji xəttini milli məfkurəsi, vətənə sevgisi, torpağa bağlılığı ilə birləşdirib bu komponentlərin əsasında dünyanın dərk edə biləcəyi əsərlərin müəllifi olur. Zamanın ona diqtə etdiyi mövzuları özündən kənarlaşdırıb, xalqın milli-mənəvi dəyərlərinin çərçivəsində vətəninə xidmət göstərmiş, uzun bir yaradıcılıq yolunda ana dilinin saflığı, vətəninin bütövlüyü uğrunda mübarizə aparmışdır. Onun şeirlərinin fəlsəfəsində böyük bir hikmət dayanır. Bu hikmət Nizami Gəncəvi poeziyasından, Füzuli lirikasından, Şəhriyar şeiriyyətinin dilindən gəlirdi. Yaxın Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən filosofların fikir dünyasını mənimsəyib, ədəbi cərəyanların əxz etdiyi ideologiyanı öyrənən Bəxtiyar Vahabzadə zamanla baş-başa buraxdığı ruhi dünyasının axarında milyonlarla insanların birləşməsinə nail oldu ki, bu da, onun yaradıcılıq irsinə saysız insanların məhəbbət bəsləməsindən irəli gəlirdi. İctimai fəaliyyəti, onun ədəbi fəaliyyətinə heç də təsir göstərməmiş, hər iki tərəfdən, məhz Bəxtiyar Vahabzadə olduğunu sübut edə bilmiş, dövrün hadisələri və tələbləri çərçivəsində yaradıcılığında özünə qarşı münasibət oyada bilmişdir. Müdrik bir səsin altında onun Azərbaycana olan sonsuz sevgisi eşidilir. Bu sevgi hissinin belə aşıb-daşması, alovlanması ikiyə bölünmüş vətən torpağının harayından, Qarabağ faciəsindən irəli gəlirdi. Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də zəngin və təqdirəlayiq olmuşdur.

Azərbaycan Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyini nümayiş etdirmişdir. 20 Yanvar faciəsi törədilən zaman Bəxtiyar Vahabzadə faciənin törənməsini aydınlaşdırmaq, onun siyasi qiymətini vermək üçün əqidə dostlarını bir araya toplayıb çıxış edərək, possovet məkanında, yaşadığımız dövr ərzində, sovet imperiyasına xidmət etmiş insanlara qarşı yürüdülən amansız siyasətin məğzini açmağa, onun hökmünün dərinliklərini xalqa təqdim etməyə cəhd etmişdir. Bəxtiyar Vahabzadə dövrünün şairi olsa da, zamanı qabaqlayan şəxsiyyətlər sırasındadır. Əqli düşüncəsini fəlsəfi görüşlərində əks etdirən şair 20 Yanvar faciəsinin, Qarabağ şəhidlərinin ağır və mübarizəli həyat yolunu, qaçqın-köçkün həyatı yaşayan insanların nisgil və kədərini poeziyasıda əks etdirmişdir. Lirik ovqatlı şairin düşüncəsindən axıb gələn görüşlərin əsasında ilahi eşq dayanır. Bu eşq bəşəri və dünyəvi bir eşqdir.

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Bəxtiyar Vahabzadə tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Xalqının gücü ilə yazıb-yaratmış Bəxtiyar Vahabzadə Azərbaycan dilinə qarşı soyuq münasibət gördüyü zaman qələmini bu istiqamətdə kökləyib, "Mənim ana dilim" şeirini yazaraq, bu şeirin arxasında bir şəxsiyyət kimi çıxış edib, ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tək, ana dilinə də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaratmışdır. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr və, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı. Onun hələ ötən əsrin 60-cı illərinin əvvəllərində qələmə aldığı "Gülüstan" poemasının həyat və fəaliyyətinə çox böyük maneələr yaradacağını bildiyi halda, bu əsəri qələmə almışdır. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə daim can atan, ömrü boyu müstəmləkə əleyhinə çıxış edən şair tarixi materiallara söykənib, milli qəhrəmanlıq ənənələrini yaşadan əsərlərlə mütəmadi çıxış etmişdir. Babəkin ölümü, ona qarşı olan xəyanət tarixi materiallar əsasında Bəxtiyar Vahabzadəyə tam dəqiqliyi ilə məlum olduğundan, o, Səhl Sumbat kimilərin vətən eşqi ilə yaşayan insanlara qarşı olan münasibətini, birmənalı qarşılayaraq, onlara qəti şəkildə etiraz və nifrətini bildirirdi.

ƏDƏBİ FİKRİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

Azərbaycan ədəbiyyatının, bütövlükdə, XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş sovetlər birliyi xalqlarının dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük məharətlə təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də, xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş və müəllifinə geniş şöhrət gətirmişdir. Azərbaycan Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ədəbi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. O, bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.
Görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü Bəxtiyar Vahabzadə ömrünün 84-cü ilində dünyasını dəyişib.

ZÜMRÜD BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see355

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see275

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see263

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see202

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see202

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see200

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see192

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see186

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see180

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see170

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see167

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see165

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see165

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see164

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see160

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see160

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see159

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see158

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see158

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri