Icma.az
close
up
RU
Söz dünyasının yaxşısı...

Söz dünyasının yaxşısı...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Onun haqqında yaxşı insanlar yaxşı söz deməkdən çəkinməz. Çünki Pənah Rüstəm hər cür şöhrətdən, qeybətdən, pis niyyətdən uzaq, jurnalist adının saflığını qoruyan idi. Ürəyinin yükünü insaniyyətdən, səmimiyyətdən, xətir-hörmətdən tutmuşdu. Sakit təbiəti, üzünün nuru, sabitqədəmliyi ilə seçilirdi. Elə mənim də yaddaşımda təmizliyinə, duruluğuna, sözünün bütövlüyünə görə dərin iz buraxıb. 

Pənah bir jurnalist kimi AZTV-də, “Bakı–Baku”, “Vışka” qəzetlərində, “Media Press” İnformasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə işinə məsuliyyətlə yanaşması, ünsiyyətdə olduğu jurnalist həmkarlarının qayğısına qalması heç vaxt yadımdan çıxmaz. 

...Pənahı gənclik illərindən – “Azərbaycan” nəşriyyatına gedib gəldiyim vaxtlardan tanıyırdım. Mən, o zaman ittifaq tabeliyində olan, respublikamızın sənaye nəhəngi sayılan “Şelflayihəistikinti” İB-nin orqanı (İndiki Bakı Dərin Özüllər Zavodu) “Xəzər” – “Kaspi” (Azərbaycan və rus diliərində nəşr olunurdu) çoxtirajlı qəzetinin redaktoru idim. Pənah isə respublika mətbuatında çalışırdı. O, “Bakı” – “Baku” və “Vışka” qəzetlərində işlədiyi dövrlərdə bizim qəzetdə dərc olunan məqalələrin aktuallığını nəzərə alıb adıçəkilən qəzetlərdə də işıq üzünə çıxarırdı. O zamanlar bu, qəbul olunmuş qayda idi. Çoxtirajlı qəzetlərdə gedən yazılardan respublika mətbuatında seçmələr verilirdi.

Vətənpərvər oğul idi. Birinci Qarabağ savaşı illərində qaynar nöqtələrdən yazdığımız reportajları yurd aydınlarımız, yəqin ki, yaxşı xatırlayırlar. Hadisələri obyektiv qiymətləndirmək bacarığı, özünün prinsipial mövqeyinin olması onu fərqləndirən cəhətlərdən idi. Pənah həm gözəl jurnalıst, həm də yaxşı tərcüməçi kimi tanınırdı. Hərdən də şeir havasına köklənib yazırdı. Həmkarımız Zemfira Məhərrəmlinin döyüşçü xanımlarımıza həsr olunan “КАРАБАХСКАЯ ВОЙНА:сражались и женшины” kitabını məharətlə rus dilinə çevirmiş və 2005-ci ildə Sankt-Peterburqda nəşr etdirmişdi. “Bədii düşüncədə Qarabağ” kitabının, yeni povest və hekayələrin tərcüməsini isə bir neçə ay öncə başa çatdırmışdı. Heyf ki, bu tərcümə kitablarını görmək ona qismət olmadı.

Çoxdan bir-birimizdən xəbərsiz idik. Uzun fasilədən sonra sosial şəbəkələrdən sorağımı alıb, köhnə dostunu yada salıb, ismarıc yazmışdı. Əlaqələrimiz yenidən bərpa olunmuşdu. Vaxt olduqca, bayramdan-bayrama yazışırdıq, danışırdıq. Hər dəfə deyirdi ki, şeirlərindən göndər, tərcümə edim. Mənsə şeirlərimi göndərəcəyimə söz versəm də, vaxtı uzadırdım. Bilirdim ki, səhhətində problemləri var, ona görə əziyyət vermək istəmirdim. 

...Son bir ildə telefon əlaqələrimiz də olmurdu. Bu günlərdə rəhmətə getdiyini eşidəndə çox kədərləndim. Dəfnində iştirak edə bilmədiyimə görə, məyus oldum. Pənah Rüstəm 69 yaşında dünyasını dəyişdi. O, dünyanın pak, yaxşı, fədakar insanlarından biri kimi özündən sonra xoş xatirələr qoyub getdi.

Üzləşdiyi məhrumiyyətlərə, maneələrə baxmayaraq, Pənah ömrünün sonunadək öz yolu ilə getdi. O, insanlar içində insan araya-araya köçdü bu dünyadan... Bilmirəm, ömrünün sonuna yaxın nələr yazıb, yazdıqlarından işıq üzünə çıxarmadığı nələr qalıb. Amma öz qeydlərində yazırdı: “...Dənizin möcüzəli “terapiyası” əzizdir. Qısa müddətdə toparlanıb, əvvəlki rejimə qayıtdım, sifarişləri vaxtında çatdırdım. Sanki yeni ruh – qüvvə gəldi, ən çətin yazılara “girişdim”, heç nədən çəkinmədim – geri durmadım. Əksinə, əvvəlkindən çox material yazdım, maraqlı layihələrə qol qoydum. Hətta, bir çox mahnılara mətn yazdım. Poetik tərcümələrə başladım, müasir şairlərin şerlərini ruscaya çevirdim. Bədxahların “proqnozlarını” pozdum. Bəli, xəstəliyə boyun əymədim. Və bu gün qalib kimi yoluma davam edirəm.”

Onun bir çox şeirlərinə bəstələnmiş və sevilən mahnılar var. Bəstəkar Eldar Mansurovun yazdığı, Xalq artistlərimiz Flora Kərimova və Faiq Ağayevin ifa etdiyi “Bir daha” adlı çox sevilən mahnının sözləri Pənah Rüstəmə aiddir. “Qayıt dünəninə, Bakı”,”İçəri şəhərim” və digər mahnılar da bu qəbildəndir.

O, təklənəndə dənizlə həmsöbət olurdu. Yaz günəşinin hərarəti ilə hələ tam isinməmiş dənizlə isti ürəklə danışırdı: “Birdən buludlar dağılır və günəş bizi salamlayır. Qışda nadir olan belə günləri xoşlayıram. Sanki yazın gəlişini “hazırlayan” məqamları deyirəm. Şaxtalı havada qaralmış göyün açılması, günəşin buludlar arasından “yol tapıb” çıxması və “göz vuraraq” parlaması təbiətin möcüzəsi deyilmi?”

Özünün dediyinə görə, ömrünün sonuna qədər ailə qurmadı, tək yaşadı. Evlənməməyinin səbəbini bilmirdim. Amma onu bilirdim ki, üzü gülsə də, içində təsəllisiz kədərlə yaşadığı hiss olunurdu. Bilmirəm, bəlkə də ürəyində heç kimin bilmədiyi nakam məhəbbəti varmış. Bəlkə, ona görə, sirrini dənizə danışardı: “Həmişə çətin anlarda sirrimi dənizlə bölüşür, təskinlik tapardım. Başımın üstünü qəfil alan xəstəlik planları alt-üst etdi. Amma sonda qalib özüm oldum. Böhrandan rəbbimin himayəsi, gücü və iradəm hesabına çıxdım”.

Taledən, Tanrıdan bircə diləyi vardı Pənahın. O da sağlam ömür sürmək. Belə diləkdə bulunur insanlar başdan-binadan.Tanrı onu yaxşı adam kimi öz pənahında saxlayırdı. Amma neyləyəsən ki, belədir dünyanın işi:

Sevinc də görmüşük, qəm də yemişik,
Axırı məzardı, əvvəli beşik...

Özünün də qeyd etdiyi kimi, gücü doğma dalğaların səsindən alırdı. Həm də bunu Xəzərə yazdığı sətirlərlə dilə gətirirdi:

Xəyal, fikir dünyamı
beşik kimi yırğalar,
yorğun – vurğun,
qəlbə uyğun dalğalar...

Nə bilmək olar, bəlkə də Pənah yazdığı mahnı mətnlərində öz taleyi ilə dərdləşirdi. Sözləri Pənah Rüstəmə, bəstəsi Eldar Mansurova məxsus olan “Tale” mahnısı kimi. Ruhu şad olsun...

Həzi HƏSƏNLİ,
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:643
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri