Icma.az
close
up
RU
Söz həyata baxışın barometridir

Söz həyata baxışın barometridir

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Barometr atmosfer təzyiqini ölçərək havanın necə olacağını xəbər verdiyi kimi, insanın işlətdiyi sözlər də onun daxili dünyasını, mədəniyyətini və intellektini ortaya qoyur.İnsanın dünyaya, insanlara və hadisələrə münasibəti onun nitqindən aydın şəkildə oxunur.

İnsanlar arasındakı münasibət “salam” dan “sağola” dək olan müddətin ab-havasından qaynaqlanır. Çağdaş dünyamızın qabarıq xüsusiyyətlərini xarakterizə edən cəhətlər, həyatın bütün sahələrində meydan sulayan müasir texnologiyalar və prinsiplər insan münasibətlərinə də geniş spektrli dəyişikliklər gətirib.

El arasında deyildiyi kimi, “indi heç kimin kitabının oxunmaması”, kinonun, yazılı nəşirlərin, hətta getdikcə televiziya və radionun da arxa plana keçməsi adamların xasiyyətində, davranışında, başlıcası, bir-biri ilə münasibətdə yeni çalarlarla müşayiət olunur. Dünya görmüş insanlar bugünkü nəslin elmli, savadlı böyüməsindən, Qərbin və Şərqin tutarlı elmi-texniki nailiyyətlərindən xəbərdar olmalarından qürur duyduqları kimi, gənclərin getdikcə öz köklərindən, adət-ənənələrimizdən uzaq düşdüyünü də nigaranlıq hissi ilə dilə gətirirlər. İndinin bəzi cavanları nədənsə öz dədə-babalarının düşüncə və həyat tərzinə köhnəlmiş, saralmış arxiv sənədi kimi baxır, minillərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi lazımsız, arxaik hesab edirlər. Bu tendensiyanın hansı mənəvi-psixoloji deqradasiyalarla nəticələnəcəyini təsəvvür etmək isə o qədər də çətin deyil.

Hər hansı uğurun qazanılması, istənilən nəticənin əldə edilməsi insanlar arasındakı münasibətlərin necə qurulmasından, bir-biri ilə təmasda olan şəxslərin yanaşma texnologiyasına necə əməl etməsindən asılıdır. Təbii ki, bu fikri absurd hesab edənlərin çoxu söylənənlərə çox vaxt əməl etmirlər. Burada da ənənənin, varislik qanunlarının gözlənib-gözlənilməməsinin təsiri qaçılmazdır. Qan düşmənçiliyini öz sanballı, ağıryana hərəkətləri, söz-söhbətləri ilə aradan götürən, ən qəddar, yolagəlməz qız atasını elçilərə “hə” kəlməsi dedizdirən ata-babalarımızın bu günə miras qoyduqları mənəvi sərvətlərin yanından saymazyana ötüb keçməklə heç nə qazana bilməyəcəyimiz gün kimi aydındır. Bugünkü nəslin bəzən hövsələsizlik göstərməsi, gənclərin öz müsahiblərinin şəxsiyyətini, xarakterik keyfiyyətlərini düzgün qiymətləndirməməsi nəinki uğur gətirmir, hətta məsələləri elə qəlizləşdirir, keçilməz labirintə salır ki, sonralar mahiyyətindən asılı olmayaraq, həlli mümkün olmayan problemə çevrilir. Dostlarımdan birinin danışdığı dediklərimijn əyani ifadəsidir.

Paytaxta yaxın rayonların birində yaşayan Sabir (ad şərtidir-A.C.) iri fermer təsərrüfatına başçılıq edir. İşlərini daha da genişləndirmək üçün böyük məbləğdə kredit götürmək istəyir. Gərəkli olan sənədləri toplayıb, Bakıya gəlir. Müəyyən instansiyalardan sözsüz-söhbətsiz keçsə də, bankda onu ləngidir, pulu buraxmaq istəmirlər. Müdirlə görüşmək istəyir. Kabinetə girən Sabir bütün hirsini -hikkəsini bank şefinin üstünə tökür. Heç müdiri ağzını açmağa qoymur. Təbii ki, gərgin keçən dəqiqələr Sabirin xeyrinə işləmir. Bankdan əliboş çıxır və hirsi soyuyandan sonra öz həmyerlisinə, yəni mənim dostuma bu barədə məlumat verir. Dostum isə ona ilk dəfə xahiş edən eloğlusunun minnətçisi qismində banka yollanır. Yolboyu Allaha yalvarır ki, kaş iş düzələydi, həmyerlisinin yanında üzqara qalmayaydı. Amma yaxşı bilirdi ki, bank müdiri Sabirin əlindən yanıqlıdır, məsələni çətin ki, yoluna qoya. Amma dostumun köməyinə yalnız Əlahəzrət Söz çata bilərdi. Beləliklə, bank müdiri ilə salamlaşıb əyləşən dostum ötən günün əhvalatını yada salmadan tamam başqa məsələlərdən söz açır. Söhbətin mövzusu gah donuz qripinin, gah da dünyanı bürüyən daşqınların, təbii fəlakətlərin ütsünə gəlir. İqtisadi böhrandan söz düşəndə dostum bütün bu maliyyə sıxıntılarına rəğmən indicə tanış olduğu bank müdirinin yüksək peşəkarlığı, hadisələri qabaqlamaq bacarığı və uzaqgörənliyi hesabına vəziyyətdən necə ustalıqla çıxdığı barədə məlumatlı olduğunu və bunu bir vətəndaş kimi ürəkdən bəyəndiyini dilə gətirir. Artıq ox hədəfə dəymişdi və müdirdə onun bacarığını, işgüzarlığını belə səxavətlə vurğulayan, qiymətləndirən adama qarşı bir ehtiram hissi oyanır. Bildirir ki, həmişə iş görən adama, xalqa, dövlətə xeyir vermək istəyən hər kəsə kömək etmək istəyində olub. Beləliklə, adamlarda ruh yüksəkliyi yaratmaq, insanın ləyaqətini, bacarığını və insanpərvərliyini etiraf etməyin köməkliyi ilə onda olan ən yaxşı nə varsa, üzə çıxarmaq, inkişaf etdirmək bacarığı öz bəhrəsini verir və hövsələsiz müsahibi ilə dil tapmaq, ünsiyyət yaratmaq duyğularından uzaq olan gənc fermerin kreditlə bağlı problemi yoluna qoyulur.

Dostum danışır ki, həmyerlisi işinin düzəlməsinə baxmayaraq, yenə də özünü haqlı sayırmış. Təəsüff ki, hələ də mübahisə edənlərin onundan doqquzu özünün mütləq haqlılığına əvvəllər olduğundan daha çox inanır. Müdriklər isə məsələyə həmişə tamam özgə prizmadan baxıblar. Teodor Ruzvelt Ağ Evdə olduğu dövrdə bir dəfə etiraf etmişdir ki, yüz haldan yetmiş beşində haqlı olsaydı, bundan daha yaxşı heç nə istəməzdi. Dava-dalaşla, yerli-yersiz müsahibələrlə heç vaxt çox şeyə nail ola bilməməyin, lakin güzəştə getməklə, gözlədiyindən daha çox şey əldə etməyin bəsirəti barədə saysız-hesabsız misallar gətirmək olar. Hər şeyə irad tutan, dalaşqan, iddialı adamlar unudurlar ki, biz bilavasitə iradəmiz tərəfindən nəzarət olunan hərəkətlərimizi tənzim etməklə, bu nəzarətə tabe olmayan ovqatımızı yaxşılaşdıra bilərik.

İnsanlar arasındakı münasibətlərdən danışarkən müsahiblərini dinləmək qabiliyyətinin xüsusi önəm daşıdığını vurğulamaq yerinə düşərdi. Ağıllı, öz yerini bilən insanlar həmişə davamlı şəkildə kiminsə sözünü kəsən, yerli-yersiz müdaxilə edən boşboğazlardan uzaq qaçırlar. Amerikalı professor Nikolas Batler yazırdı ki, yalnız özü haqqında danışan adam nə qədər yüksək təhsilli olursa-olsun, mədəniyyətsizdir. Hər birimiz gündəlik həyatımızda bu fikrin daşıyıcıları ilə qarşılaşırıq. Bu yaxınlarda Bilgəh sanatoriyasında istirahət edərkən belə adamların ən “nümunəvisi” ilə rastlaşmışdıq. Tanınmış şairlərdən biri ilə keçirilən görüşdən alacağımız ləzzəti necə deyərlər, “gözümüzdən tökən” birisi aparıcının və şairin sözünü tez-tez kəsir, özünün savadlı , dünyagörüşlü olmasını diktə edirdi. Görüşə toplaşanların iradlarına məhəl qoymayan bu adam arada bir ayağa qalxıb özünün cızmaqaralarını da oxuyur, sonra da hər bir misrasının şərhi ilə xeyli vaxt alırdı. Təsəvvür edirsinizmi, görüşün vaxtı başa çatmamış hörmətli şair nəyisə bəhanə edib getməyə məcbur oldu. Sonrakı günlər də naqqal adam yaxamızdan əl çəkmir, mənasız söz-söhbətləri ilə zəhləmizi tökürdü. Özünün nə vaxtsa Moskvada, Kislovdskda, Varşavada elədiyi “qəhrəmanlıqlar”ından, bu gün də hansısa qadının ona eşq məktubları yazmasından dəm vururdu. Qulaq asmaqdan bezənləri isə az qala danlayır, əslində hörmətsiz edirdi. Nəticə necə oldu? Hamını bezdirən bu insan meydanda tək qaldı. Sonralar onunla heç salamlaşmır, uzaq qaçırdılar. Bu adamın sanatoriyaya alver məqsədilə gələn çinlilərdən və qəzet satan qocaman kişidən başqa müsahibi qalmamışdı. O, sanatoriyada dincələnlərin hər biri haqqında şayiələr uydurur, lətifələr düzüb-qoşur, özünü isə saf bir inasan kimi elə hey təriflıyirdi.

İnsan münasibətləri barədə qeydlərimi adıçəkilən problemin mahir araşdırıcılarından olan Deyl Karneginin bu sözləri ilə bitirmək istərdim: “Qiymət verməkdə ürəyiaçıq və tərifləməkdə səxavətli olun. Adamlar sözlərinizi yadda saxlayacaq, onları əziz tutacaq, bütün həyatları boyu-sizin yadınızdan çıxandan bir çox illər sonra da təkrar edəcəklər”.

Akif Cabbarlı,

Yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri