Icma.az
close
up
RU
“Birgə təlimlər strateji baxışın praktik müstəvidə uğurla həyata keçirildiyini göstərir” ŞƏRH

“Birgə təlimlər strateji baxışın praktik müstəvidə uğurla həyata keçirildiyini göstərir” ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi əməliyyat qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı-2026” üçtərəfli hərbi təliminin uğurla başa çatması regionda formalaşan təhlükəsizlik əməkdaşlığının növbəti mühüm mərhələsini nümayiş etdirir. Bu təlimin əhəmiyyəti yalnız hərbi hazırlıq tədbiri ilə məhdudlaşmır. “Qafqaz Qartalı-2026” dəyişən beynəlxalq təhlükəsizlik mühitində Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin institusionallaşmasının praktik nümunəsi kimi çıxış edir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı artıq klassik hərbi müdafiə çərçivəsini xeyli aşmışdır:

”Hibrid müharibələr, kibertəhdidlər, terrorizm, dezinformasiya kampaniyaları, strateji infrastrukturun hədəfə alınması riski və qeyri-dövlət silahlı aktorlarının fəallaşması dövlətlərin müdafiə siyasətinə yeni yanaşmalar tələb edir. Belə bir şəraitdə xüsusi əməliyyat qüvvələri çevik reaksiya, yüksək peşəkarlıq və koordinasiya imkanları baxımından müasir orduların əsas dayaqlarından birinə çevrilib.

Azərbaycanın müdafiə siyasəti də məhz bu strateji yanaşmaya əsaslanır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ordunun modernləşdirilməsi, peşəkar xüsusi təyinatlı bölmələrin inkişafı, müasir silah və texnologiyaların tətbiqi, eləcə də beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

44 günlük Vətən müharibəsində və sonrakı 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Xüsusi Əməliyyat Qüvvələrinin nümayiş etdirdiyi yüksək döyüş hazırlığı və peşəkarlıq Ordumuzun keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. “Qafqaz Qartalı-2026” isə həmin təcrübənin dost və strateji tərəfdaş ölkələrlə paylaşılması, qarşılıqlı fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təlimin geosiyasi əhəmiyyəti ilk növbədə iştirakçı dövlətlərin strateji mövqeyi ilə bağlıdır. Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən əsas enerji və nəqliyyat marşrutlarının mərkəzində yerləşirlər. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz məhz bu üç ölkənin siyasi iradəsi və koordinasiyalı fəaliyyəti nəticəsində qlobal əhəmiyyət qazanmış layihələrdir.

Xüsusilə son illərdə Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasəti, Xəzər hövzəsinin enerji resurslarına artan tələbat və Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində rolunun sürətlə yüksəlməsi həmin infrastrukturun təhlükəsizliyini strateji prioritetə çevirib.

Müasir münaqişələrin təcrübəsi də bunu təsdiqləyir. Rusiya–Ukrayna müharibəsində enerji obyektlərinin hədəfə alınması, Yaxın Şərqdə neft infrastrukturu ətrafında yaranan təhlükələr, Qırmızı dəniz hövzəsində beynəlxalq gəmiçiliyə qarşı hücumlar göstərir ki, enerji və nəqliyyat infrastrukturu artıq geosiyasi qarşıdurmaların əsas hədəflərindən biridir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, “Qafqaz Qartalı-2026” yalnız taktiki hazırlıq deyil, həm də regionun həyati əhəmiyyət daşıyan enerji və logistika infrastrukturunun mühafizəsi üzrə koordinasiya imkanlarının gücləndirilməsinə xidmət edən mühüm təhlükəsizlik platformasıdır.

Təlimin siyasi-strateji əhəmiyyətini artıran digər mühüm amil isə onun uzunmüddətli regional əməkdaşlıq modelinə əsaslanmasıdır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşmış üçtərəfli əməkdaşlıq artıq illərdir ki, təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inteqrasiyanı paralel şəkildə inkişaf etdirən uğurlu regional model kimi çıxış edir.

Bu istiqamətdə Azərbaycan–Türkiyə müttəfiqliyinin hüquqi-siyasi əsasını təşkil edən Şuşa Bəyannaməsi xüsusi yer tutur. Bəyannamə iki qardaş ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, Cənubi Qafqazda yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması üçün də möhkəm hüquqi baza yaradıb. “Qafqaz Qartalı-2026” kimi birgə təlimlər həmin strateji baxışın praktik müstəvidə uğurla həyata keçirildiyini nümayiş etdirir.

Diqqət çəkən mühüm məqamlardan biri də təlimin inklüziv və müdafiə xarakterli olmasıdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən regional əməkdaşlıq modeli xarici güclərin geosiyasi rəqabətinə deyil, region dövlətlərinin ortaq maraqlarına əsaslanır. Məhz bu xüsusiyyət qarşılıqlı etimadı möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və təhlükəsizlik sahəsində davamlı əməkdaşlıq üçün etibarlı platforma formalaşdırır. Bu model Cənubi Qafqazda sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinin ən səmərəli mexanizmlərindən biri kimi özünü doğruldur.

Nəticə etibarilə, “Qafqaz Qartalı-2026” hərbi təlimdən daha geniş siyasi və geostrateji məna daşıyır. Təlim Azərbaycan–Türkiyə–Gürcüstan strateji tərəfdaşlığının davamlılığını, enerji və nəqliyyat təhlükəsizliyinin birgə qorunmasına sadiqliyi, hibrid təhdidlərə qarşı koordinasiyalı cavab imkanlarını və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının regional əməkdaşlıq əsasında formalaşdırıldığını nümayiş etdirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan xarici və təhlükəsizlik siyasəti nəticəsində Azərbaycan bu gün yalnız öz müdafiə potensialını gücləndirən dövlət deyil, həm də Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verən əsas regional aktorlardan biri kimi çıxış edir. Məhz bu reallıq “Qafqaz Qartalı-2026” təliminin siyasi-strateji mahiyyətini və gələcək perspektivlərini müəyyən edən başlıca amildir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri