Icma.az
close
up
RU
“Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı monoqrafiya nəşr olunub

“Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı monoqrafiya nəşr olunub

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru,  filologiya elmləri doktoru Fərman Xəlilovun “Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı monoqrafiyası nəşr olunub.  

Əsər XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hüseyn Razinin həyat və yaradıcılığının kompleks tədqiqinə həsr edilib. Əvvəlcə şairin ədəbi irsini araşdıran tədqiqat əsərlərinin elmi əhəmiyyəti müəyyənləşdirilib və dəyərləndirilib, sonra onun poeziyası, dramaturgiyası, publisistik və tərcüməçilik fəaliyyəti, həmçinin bu günədək işıq üzü görməyən “Gündəlik” ləri araşdırılıb, milli ruhun qorunmasına, azadlıq ideyalarının ifadəsinə xidmət edən bədii-estetik meyarları təhlil edilib. 

Monoqrafiya filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin “Hüseyn Razi yaradıcılığı yeni tədqiqat müstəvisində” adlı ön söz xarakterli yazısı ilə başlayır və giriş, üç fəsil və nəticədən ibarətdir. Birinci fəsil “Hüseyn Razinin ədəbi irsinin öyrənilməsi, dəyərləndirilməsi və əsərlərinin biblioqrafiyası” adlanır. Bu fəsildə şairin yaradıcılığının müstəqillik illərində aparılan tədqiqatlarda daha çox obyektivliklə dəyərləndirilməsi xüsusi şəkildə vurğulanıb. 

Monoqrafiyanın əsasını isə “Hüseyn Razinin ömür yolu və bədii yaradıcılığı” adlanan ikinci fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı problem kimi qarşıya qoyduğu məqsədi mərhələli şəkildə həll etməyə nail olub. Şairin ömür yolu, lirikası, poemaları, dramaturgiyası, sənətkarlıq xüsusiyyətləri,  tərcümələri araşdırma obyektinə çevrilib. 

“Hüseyn Razinin publisistikası” adlı üçüncü fəsil isə ədəbi-tənqidi, elmi və ictimai-siyasi məzmunlu publisistik məqalələr və “Gündəlik”dən ibarətdir. 

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 360 səhifəlik monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir. 

Monoqrafiya Hüseyn Razi yaradıcılığının müxtəlif istiqamətlərini işıqlandırmaq, onun ədəbi-bədii irsinin Azərbaycan ədəbiyyatındakı yerini müəyyənləşdirmək, gələcək nəsillərə bu qiymətli irsi daha sistemli və əsaslı şəkildə təqdim etmək baxımından faydalıdır.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri