Icma.az
close
up
RU
Sozar Subari: Zəngəzur dəhlizi Gürcüstan üçün çox sərfəli olacaq

Sozar Subari: Zəngəzur dəhlizi Gürcüstan üçün çox sərfəli olacaq

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Tramp marşrutu yaxın gələcəkdə Gürcüstan üzərindən keçən mövcud tranzit marşrutları ilə rəqabət aparmayacaq. Uzunmüddətli perspektivdə isə regionda bir neçə alternativ istiqamət formalaşdıqca bu, Orta Dəhlizə marağı artıracaq, daha çox yük cəlb edəcək və Gürcüstan üçün yeni imkanlar yaradacaq".

Oxu.Az kvira.ge-yə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədr müavini və Xalqın Gücü Partiyasının sədri Sozar Subari Cənubi Qafqazda baş verən cari proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu barədə danışarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi son dərəcə müsbət hadisədir:

"Bu gün Ermənistan hökuməti də etiraf edir ki, bu proses qaçılmaz idi və bütün tərəflərin maraqlarına cavab verirdi. Doğrudur, iki ölkə arasında hələ də həllini tapmamış bir sıra məsələlər qalır. Lakin əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazın bir hissəsində ərazi bütövlüyü prinsipi bərpa olunub və sülh təmin edilib".

Zəngəzur dəhlizi məsələsinə toxunan S.Subari vurğulayıb ki, bu marşrutun əsas məqsədi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, ölkənin iki hissəsi arasında ən qısa yoldur. Bu baxımdan yüklərin həmin marşrut üzrə daşınması tamamilə təbii və məntiqlidir:

"Hazırda Azərbaycan yükləri Ermənistana Gürcüstan üzərindən daşınır. Lakin elə bir zaman gələcək ki, bu yüklər birbaşa Azərbaycandan Ermənistana göndəriləcək. Bunun nəticəsində Gürcüstan müəyyən qədər gəlir itirə bilər. Amma birincisi, bu iqtisadi baxımdan böyük həcm deyil, ikincisi isə bu, coğrafiya və sağlam məntiqin diktə etdiyi tamamilə təbii prosesdir".

O əlavə edib ki, Zəngəzur dəhlizinin Naxçıvandan Türkiyəyə qədər uzadılması və Şərqlə Qərb arasında yeni tranzit dəhlizinin yaradılması olduqca vacib layihədir:

"Bu, Gürcüstan üçün yüklərin bir hissəsinin itirilməsi deməkdirmi? Əksinə, mən burada daha böyük perspektiv görürəm. Qafqaz kiçik regiondur və onu vahid iqtisadi məkan kimi qəbul etməliyik. İndiyədək mövcud münaqişələr buna imkan vermirdi. Regionda beynəlxalq maraq doğuran, təhlükəsiz və yaxşı qorunan bir dəhliz formalaşdıqda, bu, onun əhəmiyyətini artıracaq və dəhlizin bütün qollarına əlavə yüklər cəlb edəcək. Nəticədə bu proses Gürcüstan üçün də son dərəcə sərfəli olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Yanvar 2026 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri