Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil ŞƏRH

Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Saakaşvilinin açıqlaması siyasi emosiyalara söykənir və mövcud iqtisadi-siyasi gerçəkliklərlə uzlaşmır

Gürcüstanın keçmiş Prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin Vaşinqtonda baş tutan ABŞ-Ermənistan-Azərbaycan liderlərinin görüşü və imzalanan birgə bəyanatla bağlı dedikləri diqqət çəkir. Saakaşvili bildirib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış sazişə əsasən, Vaşinqton Zəngəzur dəhlizini 100 illik icarəyə götürür və bu saziş Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır: "Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, Qırmızı Körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir".

O, bütün bunlara görə İvanişvili hökumətini günahlandırıb. 


Politoloq Turan Rzayev Sherg.az-a  deyib ki, bu iddialar daha çox siyasi emosiyalara söykənir və mövcud iqtisadi-siyasi gerçəkliklərlə uzlaşmır. Ekspert vurğulayıb ki, reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil, əksinə, əlavə fürsətlər doğuran layihədir: 

"Zəngəzur dəhlizi Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji marşrutlarını əvəz etmir, etməyəcək də. Bu dəhliz Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa bağlantı qurmağa xidmət edir. Bunun daha geniş regional nəticələri olacaq, amma bu nəticələr Gürcüstanın mövcud rolunu sıradan çıxarmağa hesablanmayıb. Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşıdır. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Bakı–Tbilisi–Ərzurum (BTE) qaz kəməri Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu və TANAP bu əməkdaşlığın təməlini təşkil edir. Bu layihələr təkcə texniki deyil, siyasi mənada da Azərbaycanla Gürcüstanı sıx birləşdirir. Yəni burada bir mövqe dəyişimi, ya da əvəz olunma situasiyası yox, sadəcə, alternativ bağlantıların qurulması var. Saakaşvili iddia edir ki, Ermənistan üzərindən keçəcək yeni dəhliz Gürcüstanın strateji rolunu zəiflədəcək. Əslində isə bu, olduqca erkən və qeyri-realist bir yanaşmadır. Vaşinqtonda əldə edilən razılığa rəğmən Ermənistanla Azərbaycanın münasibətləri hələ də tam normallaşmayıb".


Analitik əlavə edib ki, Ermənistan daxilində ictimai və siyasi müqavimət hələ də çox güclüdür:

 "Təsadüfi deyil ki, Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev Azərbaycan mediasına verdiyi müsahibədə bu narahatlıqları dilə gətirdi. Məsələn, dövlət başçısı çıxışında Ermənistanın prosesdə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsini bir daha xatırlatdı. Yəni Vaşinqton görüşü hər nə qədər məhsuldar keçsə və birgə bəyanat imzalansa da, ölkə başçısı təmkinini qorudu. Prezident açıq şəkildə İrəvana mesaj verir ki, sülh prosesinin indi dayandığı mərhələ sadəcə diplomatik sənədlərin imzalanması ilə yekunlaşacaq formal bir addım deyil, əksinə, tərəflərin real iradəsini ortaya qoyacaq strateji seçim nöqtəsidir. Yəni Nikol Paşinyan daxili siyasi təzyiqləri neytrallaşdırmalı, kənar qüvvələrin təsirlərinə boyun əyməməlidir. Ən önəmlisi isə Konstitusiya dəyişikliyi məsələsi öz əksini tapmalıdır. Digər tərəfdən, Zəngəzur dəhlizi açılsa belə, bu dəhliz üzərindən neft və qaz boru kəmərlərinin keçməsi hələlik real deyil. Çünki Ermənistan tərəfi hələ heç avtomobil və dəmiryolu infrastrukturunu bərpa etməyib. Gürcüstan isə artıq oturuşmuş, beynəlxalq hüquqla qorunan enerji marşrutlarına malikdir. Yəni Bakı üçün Gürcüstanla əməkdaşlıqdan imtina etmək heç bir məntiqli iqtisadi səbəblə əsaslandırıla bilməz".


T.Rzayev diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın Avropa ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı da Gürcüstan üzərindən həyata keçirilir: 

"2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq. Layihə çərçivəsində Azərbaycanın bərpa olunan enerji potensialının Gürcüstan vasitəsilə Avropaya daşınması hədəflənib. Yəni bu layihə təkcə Gürcüstanın tranzit rolunu qoruyub saxlamaqla kifayətlənmir, eyni zamanda onu gələcəyin “yaşıl enerji” körpüsünə çevirir. Təkcə bu kabel layihəsi belə təsdiqləyir ki, Gürcüstan infrastruktur baxımından strateji üstünlüyə malikdir və bu üstünlük Zəngəzur dəhlizi ilə ortadan qalxmır. Təbii ki, bir də Gürcüstanın Poti və Batumi limanları məsələsi var. Bu limanlar Xəzər və Qara dənizləri birləşdirən ticarət zəncirinin əsas halqalarıdır. Çin–Avropa marşrutu daxilində Gürcüstan üzərindən keçən “Orta Dəhliz” layihəsi hələ də aktuallığını saxlayır. Bakı Ələti Poti və Batumi limanlarına bağlayacaq yeni layihələr üzərində işləyir. Anakliya Dərin Dəniz Limanı layihəsi də Gürcüstanın gələcəkdə logistik mərkəz kimi rolunu artırır. Azərbaycanın bu limanlara marağı hələ də qalır və regional yükdaşımalarının mühüm hissəsi bu limanlar üzərindən həyata keçirilir. Zəngəzur dəhlizi bu limanlara alternativ ola bilməz. Çünki dəniz nəqliyyatı ilə quru yolu tam fərqli imkanlar və yük tipləri tələb edir. Bunları Gürcüstan hakimiyyəti də yaxşı bilir. Çünki Bakı Tbilisi ilə bu və digər məsələləri illərdir müzakirə edir. Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşı və yaxşı anlaşdığı qonşusudur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri