Icma.az
close
up
RU
Sözü imzası qədər dəyərli olan iki dövlət

Sözü imzası qədər dəyərli olan iki dövlət

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir


Azərbaycan-Pakistan arasında qurulan körpülər, ictimai-siyasi, tarixi, ədəbi və dövlətçilik əlaqələrinin keçmişi uzaq zamanları əhatə edir. Bu əlaqələr xalqların özündən, varlığından, onun ortaq tarixindən, dilindən, bədii düşüncəsindən, etnogenezisindən, düşüncə mədəniyyətindən qaynaqlanır. Tarixən hər iki xalqın kökü, etnik düşüncəsi, qardaşlıq hissi onların bir qardaş qədər qohumluğunu, yaxınlığını şərtləndirir. 

Xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də siyasi, bədii düşüncədir. Minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri bu gün hər iki xalqın çağdaş milli düşüncə arealını bütövləşdirən amildir. Pakistan-Azərbaycan arasında dayanan siyasi birliyin əsasında həm də tarixi, ədəbi-mədəni birlik durur. Bu birliyi həm ümumtürk, həm də müsəlman kontekstində axtarmaq daha doğru olardı. Bu iki faktor uzun müddət pakistanlılarla türklərin ortaq mədəniyyətini formalaşdırıb. Məlumdur ki, din, etnik düşüncə və dövlətlərin birliyi bütövlükdə xalqların vəhdətini yaradır. Sovet dövründə Azərbaycan-Pakistan ədəbi əlaqələri özünün ən zəif dövrünü yaşayıb. Müstəqillik dövründə isə bu əlaqələr yüksələn xətlə, daha dinamik, daha intensiv şəkildə davam edib. 1991-ci ildə Pakistan müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olub. Üstəlik, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün Pakistan bu ölkəni dövlət kimi tanımayıb, daim Azərbaycanın yanında dayandığını sərgiləyib. Ən ağır zamanda, sınaq məqamında 44 günlük Vətən müharibəsi dövründə də Pakistan bir qardaş ölkə kimi siyasi və mənəvi dəstəyini əsirgəməyib, Qələbəmizə inamlı töhfə verib. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana, bu il isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərləri iki ölkə arasında münasibətlərin inkişafına müsbət impuls verdi. Bu münasibətin inkişafı və intibahı üçün daha perspektiv üfüqlər açdı. İqtisadi əməkdaşlığın yeni səhifələri imzalandı. Pakistanın Baş nazirinin ölkəmizə növbəti səfəri çərçivəsində olduqca mühüm sənədlər mübadilə edildi ki, bu sənədlər hər iki dost ölkənin arasındakı strateji əməkdaşlığı daha yüksəklərə daşıyacaq. Görüşlər çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində müvafiq addımlar atılır. Əldə olunan razılaşmaların uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağı şübhəsizdir. Həmçinin Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumu ölkələrimizin biznes dairələri arasında əməkdaşlığının genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Bu mühit, müasir infrastruktur Pakistandan olan şirkətlər üçün də diqqətçəkicidir. Əlbəttə, Pakistan özü də bu sahədə böyük təcrübəyə malikdir. Bu mənada, müdafiə sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması gələcək üçün böyük potensial, uğurlu perspektiv vəd edir. Hökumətlərarası komissiyalarda və biznes-forumlarda qarşılıqlı investisiya imkanlarının müzakirə olunması ticari-iqtisadi münasibətlərin gücləndirilməsi baxımından gərəkli addımı ifadə edir. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcək. Azərbaycan-Pakistan münasibətləri yeni reallıq və çağırışlar müstəvisində ortaq keçmişdən ortaq gələcəyə doğru addımlayır. İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. 

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 


Millət vəkili Azər Allahverənov "Şərq"ə deyib ki, inkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir. Deputatın sözlərinə görə, beynəlxalq münasibətlər sistemində sözü imzası qədər dəyərli olan Azərbaycanın müstəqilliyinin ilk illəri


ndə ölkəmizə təmənnasız, heç bir siyasi, iqtisadi və ya geosiyasi maraq gözləmədən dəstək verən ölkələrin sayı elə də çox deyildi: "Bəzi ölkələrin dəstəyi daha çox qardaşlıq, dini və tarixi bağlılığa əsaslanıb və qarşılığında ciddi təmənna güdülməyib. Pakistan məhz həmin dövlətlərdəndir ki, hər zaman Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olub və bunu reallaşdırıb. Bu gün əminliklə Azərbaycan və Pakistan arasındakı mövcud olan sarsılmaz dostluğun və tarixi qardaşlıq münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmləndiyini deyə bilərik. Bu gün Azərbaycan və Pakistan arasındakı siyasi, iqtisadi və humanitar əməkdaşlıq yüksək səviyyədədir. Xalqlar arasında əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin dövlət başçıları, nazirləri və digər rəsmi nümayəndələri arasında mütəmadi səfərlər və görüşlər keçirilir. Beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatında qarşılıqlı dəstək davam etdirilir. Azərbaycanın Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşulması digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb".

Parlamentari müdafiə və hərbi sahədə əməkdaşlığın Azərbaycan və Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğuna diqqət çəkib: “Pakistan Azərbaycan ordusunun təlim və tədris proqramlarına daim dəstək verir, eyni zamanda, müdafiə sənayesində ekspert mübadiləsi həyata keçirilir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı qazanırlar. Xüsusilə Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib və qələbədən sonra rəsmi İslamabad Azərbaycanı təbrik edib. Azərbaycan və Pakistan arasındakı hərbi əməkdaşlıq strateji xarakter daşıyır və gələcəkdə daha da genişlənəcək. Bu əlaqələr hər iki ölkənin hərbi gücünü artırmaqla yanaşı, strateji müttəfiqliyi daha da möhkəmləndirəcək”. 

Azərbaycan, Pakistan və Türkiyə arasında 2021-ci il iyulun 27-də imzalanan Bakı Bəyannaməsinin üçtərəfli əməkdaşlıqda yeni mərhələ açdığını deyən deputat Bəyannamənin hər üç ölkə üçün regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və müdafiə sahəsində birgə fəaliyyəti gücləndirməyi hədəflədiyini bildirib: “Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki lider mütəmadi olaraq qarşılıqlı rəsmi səfərlər edir, beynəlxalq tədbirlərdə görüşlər keçirirlər. Elə Pakistanın baş nazirinin bu günlərdə ölkəmizə səfəri də bunun bariz göstəricisidir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri