Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Azərbaycanın sözü və imzası daha da güclənib MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanın sözü və imzası daha da güclənib MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan Prezidentinin BMT Baş Assambleyası çərçivəsində dünya nəhəngi olan bir sıra şirkətlərin rəhbərləri ilə görüşməsi olduqca mühüm hadisədir. Heç şübhəsiz ki, səfərin ilk günündən, ilk saatlarından Azərbaycan Prezidentinə göstərilən diqqət həm onun şəxsiyyətinə, həm də Azərbaycan dövlətinə olan böyük inamın, etibarın göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, xüsusilə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə öz ərazi bütövlüyünü təmin etməsi, 2023-cü ildə bir gün çəkən antiterror əməliyyatı nəticəsində separatizmə son qoyması və ölkə ərazisində təhlükəsizliyin təmin olunması istiqamətində əldə etdiyi qələbələr dövlət başçımıza olan inamı daha da artırıb: "Bu gün dünya miqyasında məşhur korporasiyaların rəhbərləri təhlükəsizlik və sabitliyin hökm sürdüyü ölkələrə diqqət göstərir, maliyyə və investisiya qoyuluşu ilə bağlı qərarlarını məhz belə ünvanlara yönəldirlər.

Əks təqdirdə Azərbaycana bu qədər böyük maraq olmazdı.Bu sırada idarəçiliyində aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıq olan, baş ofisi Nyu-Yorkda yerləşən və dünyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Blackstone şirkətinin prezidenti və baş əməliyyat direktoru Jonathan Gray, dünyada investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərdən biri olan Brookfield Asset Management şirkətinin baş icraçı direktoru Bruce Flatt, həmçinin Norbert Berman şirkətinin rəhbəri və baş icraçı direktoru George Walker ilə görüşlər xüsusilə diqqət mərkəzində oldu. Bu şəxslərlə görüşü sıradan bir təmas adlandırmaq olmaz, çünki hər biri nəhəng maliyyə imkanlarına malik, nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləridir.

Xüsusilə də Norbert Berman şirkətinin hələ 2016-cı ildən Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlıq etməsi ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə mühüm töhfələr verib. Bu günlərdə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da məhz bu əməkdaşlığın davamı olaraq böyük maraq doğurdu. Forumun əsas məqsədi Azərbaycanın aparıcı ölkələrlə və nüfuzlu şirkətlərlə əməkdaşlıq perspektivlərini daha da möhkəmləndirmək idi. Burada mühüm çağırışlar səsləndirildi, gələcək əməkdaşlıqlar üçün əlverişli zəmin formalaşdırıldı.

Dövlət başçımızın forum iştirakçılarına müraciətində Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların və qlobal iqtisadiyyata inteqrasiyanın əhəmiyyəti vurğulandı. Bu, beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün yeni imkanların açılması baxımından önəmlidir. Təsadüfi deyil ki, təkcə 2024-cü ildə iqtisadiyyatımıza 34,4 milyard ABŞ dolları həcmində sərmayənin qoyulması faktı qeydə alınıb. Bu vəsaitin 12 milyard dolları qeyri-neft sektoruna yönəldilib ki, bu da xarici investorların Azərbaycana artan etimadının göstəricisidir.

Əməkdaşlıq imkanları Azərbaycanın iki qitəni birləşdirən layihələri – Zəngəzur dəhlizi, “Trans-Caspian” marşrutu və Orta dəhlizin əsas həlqəsi kimi təşəbbüsləri fonunda daha da aktuallaşır. Bu layihələr beynəlxalq şirkətlərin ölkəmizə marağını artırır və əlavə imkanlar yaradır. Eyni zamanda, Qvineya-Bisau, Cibuti və digər ölkələrlə qarşılıqlı vizə rejiminin aradan qaldırılması barədə əldə olunan razılaşmalar iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyət kəsb edir.

Ən mühüm məqamlardan biri isə ABŞ Prezidenti Donald Trampın tribunadan çıxışı zamanı Azərbaycan liderinə birbaşa müraciət etməsi və onunla səmimi müzakirələr aparması oldu. Bu, sıradan bir hadisə deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Tarixə nəzər salsaq, 1919-cu ildə Paris Sülh Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilsonla görüşü zamanı da ölkəmizlə bağlı heyranlıq ifadə edilmişdi. Bu gün isə Prezident İlham Əliyevin yüksək səviyyədə qəbul olunması Azərbaycanın sözünün, imzasının və nüfuzunun daha da gücləndiyini sübut edir. Eyni zamanda, bu hadisələr BMT Təhlükəsizlik Şurasının illərlə edə bilmədiyini Azərbaycanın öz gücü ilə həll etməsinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Qarabağda və Zəngəzurda həyata keçirilən layihələrə investisiya qoymaq istəyən tərəfdaşlar üçün bu, etibarlı və ünvanlı mesajdır. Azərbaycanın tarixi bir mərhələ yaşadığı, yeni qürurverici dövrə qədəm qoyduğu artıq bütün dünyaya aydındır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri