Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

Şəkər və yağdan daha pisdir...

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

Sözün zirvəsinə boy verən şair…

Sözün zirvəsinə boy verən şair…

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elşad Səfərli yaradıcılığı barədə yeni monoqrafiya

Əgər ilhamımda varsa boy yerim,
Gərək zirvə boyu onda boy verim.
Sözün zirvəsidir son bərabərim-
Qalxa bilərəmmi son bərabəri?

Bu səmimi misralar şair Elşad Səfərliyə məxsusdur. XX əsrin 80-ci illərində poeziyaya gələn, çox az müddətdə bu aləmdə tanınan, sevilən şair Elşad Səfərlinin çoxşaxəli poeziyası çox araşdırmalara mövzu olub, bu günə kimi şairin yaradıcılığı haqqında çox kitablar, məqalələr yazılıb. Bu günlərdə həmin kitabların sırasına daha biri əlavə olunub- “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası nəşr edilib. Filologiya elmləri doktoru, prof. Kamran Kazımovun  Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, gözəl şair, pedaqoq, ədəbiyyatşünas alim Elşad Səfərlinin yaradıcılığına, konkret desək, poeziyasının təhlil və tədqiqinə həsr etdiyi monoqrafiyanın ilk səhifəsində yazdığı sözləri həyəcansız oxumaq mümkün deyil: “Kitabı  İkinci  Qarabağ müharibəsində  qələbəmizin 5-ci ildönümünə və başda oğlum baş leytenant Vüsal Kazımov olmaqla bütün şəhidlərimizə ithaf edirəm.

Xatırladaq ki,  monoqrafiyanın müəllifi, LDU-nun prpfessoru Kamran Kazımov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan, ölümündən sonra ölkə başçısı president İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və bir sıra döyüş medallarına layiq görülən baş leytenant Vüsal Kazımovun atasıdır.

“Mükəmməl kontekstin analoji tədqiq-təhlili”. Bakı Slavyan Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Rafiq Novruzov monoqrafiyaya yazdığı ön sözdə Kamran Kazımovu Azərbaycan ədəbiyyatşünaslıq elminin istedadlı nümayəndəsi kimi təqdim edir: “O, ədəbi-tənqidi prosesdə özünəməxsus üslubu, prinsipial tənqidi mövqeyi, qərəzsiz polemik yazı tərzi, geniş erudisiyası, elmi-nəzəri hazırlığı, dünyagörüşü,soyuqqanlı mühakimə qabiliyyəti,dərinə nüfuz etməyə qadir müşahidə səriştəsi ilə fərqlənən, ədəbi mühitlə əhatəli təmas qurmağı bacaran ədəbiyyatşünasdır. Heç bir mübaliğəyə uymadan deyə bilərik ki, monoqrafiya böyük bir professionallıqla,əsl mütəxəssis,ədəbiyyatşünas peşəkarlığı ilə yazılmışdır. Buradakı səriştə, şeirlərin alt məzmun qatlarının izahına yönləndirilmiş cümlələrdəki gizlin məna laylarına təmas tapan dərin məntiqi bağlılıq, fikrin-mühakimənin, mülahizələrin, faktların təmkinlə, səbrlə incələnməsi, mübahisəli məqamlarda təfəkkür soyuqqanlılığının nümayişi, etik-etiket normaların tələblər səviyyəsində gözlənilməsi, iddiaların sübutunda alimə yanaşan təvazökarlıq və s. xüsusiyyətlər onun tədqiqatçı portretinin mühüm məziyyətləridir”. Prof. Rafiq Novruzov Kamran Kazımovun elmi-bədii-publisistik dildə yazılmış, faktlarla zəngin, kifayət qədər istinada, elmi mənbəyə, şair Elşad Səfərlinin30 illk yaradıcılığının bəhrəsi olan bədii irsinə söykənən yeni monoqrafiyasını  ədəbiyyatşünaslıq elmində sanballı tədqiqat işi hesab edir: “Kamran Kazımovun “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası, düşünürük, ki, oxucu, şeir-sənət istəklilərinin, filoloq  mütəxəssislərin, ümumən ədəbi prosesin maraq və diqqətini çəkməyə bilməz. Bu monoqrafiya həm öz müəllifinə, həm də tədqiq predmeti olan Elşad Səfərliyə əminik ki, yüksək şərəf və şöhrət qazandıracaqdır”.

Qeyd edək ki, “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası  Giriş, 3 fəsil və Nəticə hissəsindən ibarətdir. Monoqrafiyada Elşad Səfərli poeziyasının mövzu-janr dairəsi, deya-məzmun istiqamətləri, forma-struktur xüsusiyyətləri, lirikasının polifenik tematika və  üslub özünəməxsusluğu, sənət axtarışları, həmçinin əsərlərinin obrazlı düşüncə, ifadə tərzi, dil-akustika, bədii təsvir və ifadə vasitələri tədqiq-təhlil müstəvisində araşdırılmaya cəlb edilmişdir.

Tədqiqat işində  Elşad Səfərlinin poeziyasının mövzu dairəsi araşdırılarkən onun İkinci Qarabağ müharibəsinə həsr etdiyi ədəbi nümunələri təhlilə cəlb olunmuş, şairin şəhid baş leytenant Vüsal Kazımova ithaf etdiyi “Bir anın yuxusu” poeması son dövr Azərbaycan poeziyasında qəhrəmanlıq, Qarabağ mövzusunda yazılmış maraqlı sənət nümunəsi kimi dəyərləndirilmişdir. Şairin Azərbaycan xalqının azadlığı, torpaqlarının bütövlüyü, mənəvi birliyi uğrunda  qurban gedənlərin xatirəsinə ithaf etdiyi “Mavi məsafə” poeması  da müsair poeziyamızın uğurlu qəhrəmanlıq nəğmələrindən biri kimi təqdim edilib.

I fəsildə “Elşad Səfərli yaradıcılığı ümumi baxış kontekstində” adlanır və təhlil bu istiqamətdə aparılır. I fəslin 1-ci yarımparaqrafı “E. Səfərli poeziyasının problem, mövzu, janr müxtəlifliyi”, 2-ci yarımparaqrafı “E. Səfərli görüşlərində təbiətə münasibət tendesiyası”, 3-cü “E. Səfərlinin uşaq lirikasında “Kiçiyin böyük sözü” təhlil süzgəcindən keçirilərək araşdırılmışdır. I fəsildə tədqiqatçı alim  oxucunu Elşad Səfərli poeziyasının mövzu dairəsi və bu mövzuları  işləyərkən şairin müraciət etdiyi janrlarla tanış edir. Şair Elşad Səfərli bəşəriyyəti narahat edən, dünyamızı gözəlləşdirən bütün mövzulardan yazıb. Gözəlliklərindən, ilahi hisslərindən  böyük şövqlə, ilhamla, problemlərindən böyük ağrı, yanğı ilə:

Tutulub günəşin nur yağışına,
Budaq oxşayırdı üzük qaşına,
Bulud zirvələrdən çöküb başına-
Meşə anam kimi “ağbirçək” idi…

Söz mülkünün sultanı, böyük söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar şeiri, sənəti b şairliyi Allah vergisi hesab edirdi:

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Şair Elşad Səfərlinin cızma-qara şeirləri ilə ədəbiyyatımızı zibilləyən, özünü şeir dahisi hesab edənlərə cavabı  M.Şəhriyarın fikri ilə üst-üstə düşür:

                                    Zirvə elə təkcə ucalıq deyil,
                                    Kimsə şeir yazır-heç onluq deyil.
                                    Adaş var şöhrəti misralıq deyil,
                                    Amma ki, dartınır gün bərabəri…

Monoqrafiyada Kamran Kazımov şair Elşad Səfərlini modern üslubda yazan şair kimi təqdim edəndə onun üçlüklərindən söz açır. Azərbaycan poeziyasında az müraciət edilən bu şeir şəkli şair Elşad üçün doğmadır:

                                               Göyərçin-
                                               Bir bəzəkdir
                                               Göylərçin..
                                               Sual yarandı:
                                               Əlimin duzu yoxkən,
                                               Sözümün duzu hardandı?

Tədqiqatçı Kamran Kazımov Elşad Səfərlinin poetik yaradıcılığının mühüm bir qolunu təşkil edən xokkulardan da yazır. Bildirir ki,yapon şeirinin janrlarından olan xokkularda Elşad az sözlə böyük fikir ifadə etmək bacarığını ortaya qoymağı bacarır:

Meşəni
Baltanın səsi qədər
Qorxudan başqa şey yox..
Qədrin yoxsa,
Bu yaşanılası yox,
Öləsi bir dərddir!

Açılıbdır gül bükümü,
Yaşımdasa
Yarpaq tökümü

Kasıbın yuxuları
Nikbin
Və novellavarı bitir…

Elşad Səfərli üçlük, xokku, heca, sərbəst vəznli şeirləri ilə yanaşı sonet janrında da gözəl poeziya nümunələri yaratmışdır və monoqrafiyada şairin yaradıcılığındakı bu amilə böyük diqqət yetirilir. Qeyd edək ki,monoqrafiyanın II fəslinin 2-ci yarımparaqrafı bütünlüklə Elşad Səfərli yaradıcılığında sonet yanrının təhlil və tədqiqinə həsr edilmişdir.

I fəslin 3-cü yarımparaqrafı  Elşad Səfərlini oxucuya  həm də uşaqlar üçün yazan istedadlı şair kimi tanıdır. “E. Səfərlinin uşaq lirikasında “Kiçiyin böyük sözü” adlı bölümdə şairin uşaqlara ünvanladığı yüzlərlə şeirinin bir qismi təhlilə cəlb edilmiş,  məzmun, ideya, bədii xüsusiyyətləri araşdırılmışdır:

                                    Cənubda bir ağac var
                                    Adı da-dəmirağac.
                                    Özü də Lənkəranda
                                    Yalnız bitir bu ağac
                                    Qoç igidlər döyüşdə,
                                    Dəmirtək vuruşurlar.
                                    Öləndə bu torpağa,
                                    Dəmirtək qarışırlar.

II fəsildə “Elşad Səfərli poeziyasının məhəbbət mövzusu və Avropa şeir ənənələri” konkret nümunələr əsasında təhlilə cəlb edilir. Bu fəsil 2 yarımparaqrafdan ibarətdir. 1-ci yarımparaqraf “Bitməmiş mövzu”, yaxud E. Səfərlinin məhəbbət görüşləri, 2-cisi isə yuxarıda qeyd etdiyimiz kimi “E. Səfərli yaradıcılığında sonet janrı” adlanır. İlk yarımparaqrafda Elşad Səfərlinin müxtəlif illərdə məhəbbət mövzusunda  qələmə aldığı poema və şeirlərindən söz açılır. Qeyd edilir ki, bu mövzu şairin yaradıcılığından qırmızı xətt kimi keçir, ən çox müraciət etdiyi, ömrün bütün yaşlarında yazdığı mövzudur.Bəs  Elşad üçün sevgi nədir?

                                    Sevgi-bir yastığı bölüşənlərin
                                    Ürək odlarını paylaşmasıdı.
                                    İki qəlbin kibrit çöpləri kimi
                                    Dəyib bir-birinə alışmasıdı.

“Bitməmiş mövzu” bölməsindəki şeirlərin təhlili lirik şair haqqında bitkin təsəvvür yarada bilir:

                                    Neçə minilliyi bitirən dünya,
                                    Bir Məcnun eşqini bitirə bilmir.
                                    Məkkə qapısına apardığını,
                                    Tövbə qapısına gətirə bilmir

Elşad Səfərlinin sevgi şeirlərinin əksəriyyətinə həzin bir həsrət, ağrı yüklənib Elə bir ağrı ki, “bənövşə sevgi”lər o ağırlığa tab gətirmir, üzülür:

                                    Tikan kölgəsində bitmişdi sanki
                                    Üstünə görmədim gün düşə, sevgim.
                                    Macalın olmadı heç qızınmağa,
                                    Nədən vaxtsız soldun, bənövşə sevgim…

II fəslin 2-ci bölümündə “E. Səfərli yaradıcılığında sonet janrı”  araşdırılır, şairin 2017-ci ildə işıq üzü görən “Lənkəran sonetləri” kitabında toplanmış sonetləri təhlilə cəlb edilir, fərqli xüsusiyyətləri sənətkarlıq baxımından tədqiq edilir.

III fəsil monoqrafiyanın ən maraqlı bölümlərindəndir desək, yanılmarıq. Bu fəsil “Elşad Səfərli yaradıcılığının Qarabağ problemi və sənət axtarışları”na həsr olunmuşdur və 2 yarımparaqrafdan ibarətdir. 1-ci yarımparaqrafda “E.Səfərli poeziyasında Qarabağ problemi-mənəvi birlik və Vətənin bütövlüyü ideyalarının inikası”, 2-cidə “E. Səfərli poeziyasının sənətkarlıq xüsusiyyətləri”ndən danışılır, təhlil və tədqiqə bu rakursdan baxılır, təhlil konkret ədəbi nümunələrə istinadən aparılır.

Qeyd edək ki, monoqrafiyaya Lənkəran Dövlət Universitetinin Elmi şurasının qərarı ilə nəşr hüququ verilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi prof. Rafiq Novruzov, rəyçilər prof. Vaqif Yusifli və prof. Abid Tahirlidir.

Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see308

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see190

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see159

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see145

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see132

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see129

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see125

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri